Gələn həftədən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan olunacaq

“Azərbaycanda Çin avtomobillərinə maraq yüksək səviyyədədir”.

"dogruxeber.tv" bildirir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında avtomobil bazarındakı vəziyyəti şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, xüsusən də hibrid, plagin hibrid və ya tam elektrikli avtomobillərə maraq və tələbat daha çoxdur. Bu tələbatın başlıca səbəbi isə qiymətlərin münasib olmasıdır:

“Hazırda bazarda daha çox Çin avtomobillərinə üstünlük verilir. Bu avtomobillərin əksəriyyəti Aİ-92 markalı benzinlə işləyir. Həmçinin bu avtomobillərin qiymətləri də əlçatandır. Halbuki ənənəvi avtomobillərin hibrid və tam elektrikli versiyaları çox bahadır. Çin versiyasında isə insanlar ciblərinə uyğun modelləri asanlıqla tapa bilirlər”.

Ekspert həmçinin ölkəmizə idxal olunan nəqliyyat vasitələrinin istehsal ilindən də danışıb. O, Azərbaycana idxalına qadağa qoyulan avtomobillərə də toxunub.

Xatırladıb ki, Nazirlər Kabineti tərəfindən avtomobil idxalı barədə verilmiş məlum qərar hər il yenilənir.

“Bu qərarla istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi qadağandır. Yəni car il istehsal ili 2013-cü il olan avtomobillərin ölkəmizə gətirilməsinə icazə verilirdisə, artıq yanvar ayından idxalına icazə verilən nəqliyyat vasitələrinin istehsal ili ən azı 2014 olmalıdır. 2014-dən əvvəl istehsal olunan avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq. Çünki avtomobil parkını yeniləməyə çalışan bir çox ölkə hətta 5 ildən yuxarı olan maşınların ölkəyə gətirilməsini məhdudlaşdırır".

Son xəbərlər

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Bütün xəbərlər