Azərbaycanda bu avtomobillər GÖMRÜKDƏN AZAD EDİLİR? – Ekspert tarix verdi













Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı qəbul edilib. Bu proqrama əsasən, yol hərəkəti tam təhlükəsiz olmalı və insan sağlamlığına zərər vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir. İnsan sağlamlığına zərər yetirməyən avtomobillərin siyahısına hibrid və elektrikli maşınlar daxildir.

Bəs ölkəmizdə bu maşınlardan istifadə edənlərin sayını artırmaq üçün hansı addımlar atıla bilər?

dogruxeber.tv xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Nemət Əliyev qeyd edib ki, belə avtomobillərin sayının Azərbaycanda artması üçün illər lazımdır:

“Azərbaycanda bu tip avtomobillər istehsal olunmur. Ümumiyyətlə, Azərbaycanda “NAZ Lifan” markalı maşından başqa avtomobl istehsal olunmur. O da bu tələblərə cavab vermir. Ekoloji cəhətdən tarazlığı təmin edən bu avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq lazımdır.

Bunun üçün idxal gömrük rüsumunun aşağı salınması ilə, əlavə dəyər vergisinin azad etməklə və yaxud da başqa güzəştlər nəzərdə tutula bilər. Misal üçün, həmin avtomobillərin ölkəyə gətirilməsi qiymətlərinə də güzəştlər tətbiq oluna bilər.

Açığı bunun belə tezliklə baş verəcəyini mən düşünmürəm, real deyil. Əgər dünya bazarında bu avtomobillərin qiymətləri ucuzlaşsa, xalqın cibinə uyğun olsa, o zaman həmin avtomobillərin bizim ölkəyə gətirilməsini sürətləndirə bilərik. Bu isiqamətdə atılmış, ekoloji cəhətdən təmiz olan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı hər cür addım müsbət hesab olunmalıdır. Amma Azərbaycanda belə avtomobillərin 1-2 il müddətində istifadəsini düşünmək sadəlövhlük olar”.

Oxunub: 810

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər