“Sülh müqaviləsi Rusiyanın vasitəçiliyi olmadan da imzalana bilər” — AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Moskva üçün çox vacibdir.

"dogruxeber.tv" Report-a istinadən xəbər verir ki, Peskov Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının Qafqazda sülhü və proqnozlaşdırıla bilən mühiti təmin edəcəyini vurğulayıb:

"Rusiya tərəflərə sülh müqaviləsinin bağlanmasında kömək etməyə hazırdır. Azərbaycan və Ermənistan bu yaxınlarda bir neçə dəfə sülh müqaviləsi üzərində işi başa çatdırmağa hazır olduqlarını bəyan ediblər”.

Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında Peskovun fikirlərinə münasibət bildirib.

O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının məhz Rusiyanın vasitəçiliyi ilə baş tutacağını hesab etmir:

“Müqavilənin imzalanmasında Qərb də maraqlıdır. Həm Rusiya, həm də Qərb açıq şəkildə müqavilənin yalnız hər birinin öz iştirakı ilə bağlana biləcəyinin mümkünlüyünü bildirir. Amma hesab edirəm ki, sülh müqaviləsinin bağlanması üçün ən doğru variant bunun ya sərhəddə reallaşması, ya da Gürcüstanda olmasıdır.

Üçüncü tərəflər də müqavilənin imzalanmasında iştirak edə bilər, amma daha doğru variant qeyd etdiklərimdir. Belə olduğu halda hər hansı vasitəçi olmadan, yəni hər hansı dövlətin dominantlıq hüququ formalaşmadan yalnız iki tərəf öz iradəsini ortaya qoyacaq. Bunun daha çox faydası və səmərəli nəticəsi ola bilər, nəinki digər güclərin iştirakı ilə bağlanması.

Təbii ki, Rusiya da, Avropa İttifaqı da, ABŞ də öz maraqlarına uyğun müqavilə imzalanmasını istəyir. Lakin önəmli olan Azərbaycanın maraqlarının təmin olunmasıdır. Azərbaycan qalib tərəfdir, amma Ermənistana müxtəlif formada təzyiqlər edilə bilər. Ona görə də sülh müqaviləsinin dövlət sərhədində və ya Gürcüstanda imzalanması variantları nəzərdən keçirilməlidir”.

Oxunub: 355

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər