Universitetlər Bakıdan köçürüləcək? - AÇIQLAMA

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında paytaxda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi proqnozlaşdırılır. Qeyd edilib ki, hazırda müxtəlif modellər müzakirə edilir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov "dogruxeber.tv"a açıqlamasında bildirib ki, Bakının Baş planında da bu məsələ var. Onun sözlərinə görə, burada söhbət bütün universitetlərin köçürülməsindən getmir:

"Burada bir universitetin köçürülməsindən bəhs olunur. Bakıdan universitetlərin köçürülməsi fikri ilə tam razı deyiləm. Düşünmürəm ki, paytxatda olan bütün universitetlər köçürülməlidir. Təhsil müəssisələri hər bir ölkənin və şəhərin mədəni mühitinin formalaşmasında mühüm rol oynayır. Bu mənada hansısa universitet köçürülə bilər. Azərbaycanda hazırkı vəziyyətdə eyni ixtisaslar üzrə təhsil verən bir neçə universitetin birləşdirilməsi məsələsi nəzərdən keçirilə bilər. Bakıdakı bəzi universitetlər demək olar ki, eyni ixtisaslar üzrə tələbə məzun edir. Belə olan halda bir-birini təkrarlayan ixtisaslar üzrə tələbə yetişdirən universitetlərin bu formada fəaliyyətinə ehtiyac yoxdur".

Deputat qeyd edib ki, digər iri şəhərlərdə universitetin açılmasına və bölgələrdə yerləşən ali məktəblərə qəbulu artırmaq lazımdır: "Gənclərin bölgələrdə oxuması təşviq olunmalıdır. Məsələn, bu gün Lənkəranda universitet var, amma buradan xeyli sayda gənc Bakıda təhsil alır. Və ya Bakıda vaxtilə 5-6 min tələbəsi olan universitetin hazırda 20 min tələbəsi var. Buna nə ehtiyac var? Hesab edirəm ki, bu artımları bölgələrdə həyata keçirməliyik. İri şəhərlərin hansında ki, universitet yoxdur, orada açılmalıdır və gənclərin orada təhsil almasını təşviq etməliyik. Problemin kökü odur ki, vaxtilə Bakıda 5-10 min tələbə üçün nəzərdə tutulan universitet hazırda daha çox sayda tələbə qəbul edir. Qəbulu daha çox bölgələrdəki universitetlərə yönləndirməliyik. Universitetlərin bəzi filialları var ki, onlar artıq universitetlərə çevirilməlidir".

Oxunub: 374

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər