Oliqarx deputatın TENDER OYUNLARI... - 7 mulyonluq sövdələşmə

Azərbaycanda tibbi təchizat sahəsində fəaliyyət göstərən “Azeri Med” Qapalaı Səhmdar Cəmiyyəti (QSC) Milli Onkologiya Məkəzinin iki tenderinin qalibi seçilib.

"dogruxeber.tv" Reortyor.info-ya istinadən xəbər verir ki, tenderlərdən biri şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi, digəri isə tibbi və digər avadanlıqların satın alınması ilə bağlı keçirilib.
Bu iki tender üzrə MOM-la “Azeri Med” QSC arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 119 243,84 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Araşdırmalarımız zamanı aydın olub ki, “Azəri Med” QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb.
2020-ci ildə isə şirkətin təşkilati hüquqi forması dəyişdirilib və “Azəri Med” QSC-yə çevrilib.
“Azəri Med” QSC-nin tibb sektorunda əsas oyunçulardan biri olması təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkətin sahibi Milli Məclisdə təmsil olunur. Söhbət 9 saylı Binəqədi seçki dairəsindən mandat qazanan Kəmaləddin Qafarovdan gedir.
“Azəri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olması barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf bu iddiaları indiyə qədər təkzib etməyib.
“Azəri Med” QSC demək olar ki, vaxtaşırı MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir. Bu da təsadüfi deyil.
Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində işləyib. O, deputat olmasına baxmayaraq indi də qeyri-rəsmi olsa da, MOM-da səalihiyyət sahibi hesab olunur.//Siam.az

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər