AZAL Avropanın altı şəhəri üzrə aviabiletlərə endirim elan edir!

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropanın bir sıra məşhur istiqamətləri üzrə endirim aksiyasına start verib. Təklifdən yararlanmaq və Avropa ilə daha yaxından tanış olmaq fürsətini qaçırmayın!

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "dogruxeber.tv"a verilən məkumata görə, təklif çərçivəsində Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə daha sərfəli qiymətlərlə səyahət etmək olar.

Endirimli aviabiletləri 23 yanvar–1 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 fevral–17 aprel 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir:

- Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir.

- Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avro təşkil edir.

- Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir.

Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Son xəbərlər

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Bütün xəbərlər