Töhmət alan müəllimlər artıb... - BELƏ HARA GEDİRİK?..

Bakıda ibtidai sinif şagirdi ilə kobud davranan müəllimə töhmət verilib.

dogruxeber.tv: - Qeyd olunub ki, məktəbin ibtidai sinif müəlliminin III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25.01.2024-cü il) araşdırma aparılıb:

"Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, müəllimə töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib".

Bildirək ki, son illər məktəbdə etik davranış qaydalarına görə, bir neçə müəllimə, direktora töhmət verilib. Ancaq yenə də belə proseslər müşahidə edilir.

Ümumiyyətlə, bu töhmətlərin verilməsi hansı rolu oynayır və müəllimlər hansı halda işdən azad edilə bilər?

Təhsil üzə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirdi ki, hazırda bizim 4432 orta ümumtəhsil məktəbində 1, 6 milyon şagird təhsil alır və bu qədər şagirdin təlim, tərbiyə, tədrisi ilə 150 minə yaxın müəllim məşğul olur:

“Təhsil, ətrafında çox sayda insanları birləşdirir. Burada müxtəlif psixologiya, bilik və bacarıqlara malik insanlar olduğuna görə zamanla konfliktlər, gərgin münasibətlər görə bilirik. Ölkənin bütün insanları bu prosesin tərkib hissəsidirlər.

2014-cü ildə qəbul edilmiş “Müəlimlərin etik davranış qaydaları”, 2009-cu ildə qəbul edilən “Təhsil haqında” Qanun və digər normativ hüquqi aktların tələblərinə görə, müəllimlərin heç bir halda şagirdə qarşı fiziki, psixoloji, zorakılıq, təzyiq, təsir göstərməsi qadağandır.

Çünki orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər şəxsiyyət kimi formalaşmaq üçün məktəbə gəlirlər. Biz onlara qarşı hər hansı fiziki zorakılıq tətbiq edəndə onların şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir.

Uşaqlar aqressiv olur, onlar məktəbdən aldığı aqressiyanı, emosiyaları cəmiyyətdə kiməsə yönəldə bilirlər. Ona görə də biz zaman-zaman xüsusilə də ağır cinayətlərin şahidi ola bilirik ki, şagirdlərimizdə dəyər formalaşdıra bilməmişik. Bu dəyəri formalaşdıran da müəllimdir.

Müəllimləri işə götürüləndə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsini imzalayıb işə götürülürlər. Əmək müqaviləsinin pozulması və işçinin işdən azad edilməsi halları göstərilib. Təbii ki, töhmət çox ciddi təzyiq və təsir vasitəsidir.

Mövcud qanunvericiliyin tələblərinə görə, töhmət elan edilmiş şəxs 6 ay ərzində təkrar elə bir hal törədərsə, yaxud da yenidən töhmət alarsa, onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinin 70-ci maddəsinin “c” bəndinə və yaxud 69, digər maddələrə əsasən, işçinin işdən azad edilməsi üçün əsaslar var. Bu töhmət də onun üçün bir əsasdır. Töhmətin hüquqi qüvvəsi 6 aydır.

Ancaq şəxsi işə yazılır. Əgər təkrar bu və buna oxşar pozuntulara yol verərsə, həmin şəxslə bağlanmış müqaviləyə xitam verilə bilər, yaxud ona qarşı digər inzibati tənbeh qaydası törədilə bilər, aşağı vəzifəyə keçirilə bilər. Yəni töhmət adi hal deyil. Bir müəllim, pedoqoq üçün ciddi təsir, təzyiq vasitəsidir. Ciddi cəza növü hesab oluna bilər.

Törədilən əməlin ağırlıq səviyyəsi müəllimin müqəddəratına da təsir edə bilər. Bu inzibati xətadır və bu gələcəkdə onun əmək müqaviləsinə yenidən baxmağa, hətta xitam verməyə əsas verə bilir”.//siam.az

Oxunub: 310

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər