“AzerGold” QSC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb

29 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum
imzalanıb.

"dogruxeber.tv" xəbər verir ki, Dövlət Komitəsində keçirilən mərasimdə birgə sənədi Dövlət Komitəsinin sədri Bahar Muradova və QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd gender bərabərliyi, qadınların məşğulluğunun artırılması, onların ictimai həyatda aktiv iştirakının
təşviqi, aztəminatlı ailələrdə böyüyən qızların təhsilinə dəstək, fiziki məhdudiyyəti olan şəxslərin və onların övladlarının cəmiyyətə inteqrasiyası və digər aidiyyəti istiqamətlərdə birgə sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsidir.

Mərasimdən öncə çıxış edən Bahar Muradova qonaqları salamlayıb və Dövlət Komitəsinin müvafiq təşəbbüsünə dəstək verdiklərinə görə “AzerGold” QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib. O, həmçinin Dövlət Komitəsinin fəaliyyətindən bəhs edərək, sosial layihələrin çərçivəsinin getdikcə genişləndirildiyini, həm müvafiq dövlət orqanları, həm biznes qurumları, həm beynəlxalq, həm də qeyri-hökümət təşkilatları ilə intensiv əməkdaşlığın aparıldığını diqqətə çatdırıb.

Korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərə diqqət çəkən Komitə sədri, bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyən edilməsi məqsədilə belə Sənədlərin imzalanmasının önəmini qeyd edib. Memorandum
çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər barədə söz açan sədr, birgə fəaliyyətin icrasından faydalanacaq həssas qrupların üzləşdiyi problemlərin həllinə vətəndaş cəmiyyətinin də cəlb olunmasının vacibliyini vurğulayıb. O, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha geniş spektrləri əhatə edəcəyinə inamını ifadə edib.

“AzerGold” QSC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, Səhmdar Cəmiyyət BMT-nin 2030-cu ilədək dövrü əhatə edən 17 Dayanıqlı
İnkişaf Məqsədi, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini
diqqətdə saxlayır, dövlətimizin sosial sahədə yürütdüyü siyasətə töhfələrini verir.

Bildirilib ki, hasilat və istehsalat fəaliyyəti həyata keçirilən bölgələrdə yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edilir. Bu layihələr sırasında qadınların məşğulluğu, uşaqların fərdi inkişafı, fiziki məhdudiyyəti olan şəxslərin sosial həyata inteqrasiyası ilə bağlı məsələlər də xüsusi yer tutur.

“AzerGold” QSC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Z.İbrahimov, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasının qeyd olunan istiqamətlər üzrə fəaliyyətin daha da genişləndirməsi və effektivliyinin artırılmasına əlavə töhfələr verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər