"Dedi “burada sığorta kağızı keçmir”..." - NARAZILIQ VAR...

dogruxeber.tv: - Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır. Elə xəstəliyinə də imkansızlığın səbəb olduğunu deyir:

“Ağır kisələr qaldırmaq, dəmir-dümür daşımaq, kürəyimdə odun daşımaq… Hamısı ağır yüklərdən oldu, hamısını onlar etdi. İmkansızlıq. Nə qədər qadın xeylağı ağır kisələri daşıyar, kürəyində odun-ocaq daşıyar? Yenə əvvəl dəmir-dümür çox olanda yığırdıq. İndi olmur. Zülmlə gəzirsən, gərək nə qədər yer gəzəsən ki, bir kisə yığasan. Bir kisə də heç 10 manat edir-eləmir. Axşam düyü var idi, gətirdim düyünü süzdüm. Çörəyimiz yox idi, nə də pul var idi almağa. Düyünü süzdüm, yedilər, yatdılar”.

Elza xəstəliyini müalicə etdirməyə gücünün çatmadığını deyir. Milli Onkologiya Mərkəzində müalicənin bahalığı və sığortanın keçməməsi vəziyyətini daha da çətinləşdirir.

“Oraya mən sığorta kağızı da apardım. Keçmədi, dedi “burada sığorta kağızı keçmir”. İki-üç gün olar sümük analizindən keçmişəm. 185 manat sümük analizinə istədilər. Getdim, yalvardım, düşmürdülər. Dedim, onda keçə bilmirəm də. Həqiqətən də yox idi, tapa bilmirdim pulu. İnanırsan, mənim onlara verdiyim pul hamısı 1 manat, xırda pul idi, elə yığmışdıq. Dedim, onda çıxım baş həkimin yanına. Qoymadılar, dedilər, onda 100 manat ödə, sonra keç. Axır 100 manat ödədim, sümük analizindən keçdim. İndi də şüa almalıyam, pul yoxdur. Orada neçə adamdan soruşdum, 2600 manat dedilər. Həkim hələ özü demədi 2600 gətir. Orada şüadan çıxanlar var idi, soruşurdum, dedilər, burada şüa 2600-dür. Şüa eyni şüadır, fərqi yoxdur”.

Elza xəstəliyi üçün pensiya da almır. Deyir ki, pensiya alsaydı, heç olmasa iynə-dərmanını almağa pul tapılardı.

“Mənim pensiyamı iki dəfə yazdıq, imtina gəldi. Dünən getdim, dedim, mən pensiya üçün yazmışam, niyə imtina gəlib? Komissiya çağırdılar, getdim. Dedi gərək əməliyyat olunduğun gündən 6 ay keçsin ki, sonra sənə pensiya düşsün. Əslində dərmanlarım poliklinikada, kimyadan gəlirəm, ağrıkəsicini poliklinika pulsuz verməlidir. Verilmir heç biri. Pensiyam düzəlsə, onlar hamısı mənə oradan pulsuz verilər. Baxma, pensiya düzələr, iynəmə, dərmanıma, az pul deyil də, uşağımın yeməyinə çatdıraram”.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli yerli mediaya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib. 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində də hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımının dövlət büdcəsi hesabına həyata keçirildiyi qeyd edilib.//dia-az.info

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər