"Mütləq bir qurban kəsərəm, qonum-qonşu bilməsin" - yüz minlərin "qurban" olduğu sirli TENDER

"dogruxeber.tv" xəbər verir ki, ADA (Azərbaycan Diplomatik Akademiyası) universiteti bu gün 16 tender müqaviləsi imzalayıb.

Belə ki, Dövlət Satınalma portalında sözügedən ali təhsil müəssisəsinin bir gündə - 12.03.2024-cü il tarixində ayrı-ayrı şirkətlərlə 16 tender bağladığı barəsində məlumat yer alıb. "Satınalma metodu" bölməsində bütün müqavilələr üçün yalnız "bir mənbə" sözü qeyd olunan müqavilələrdə fərqli məbləğlər qeyd olunub.

Məsələn, 1 ,- Plagiatlıqla mübarizə xidmətinin satınalınması üçün "TECHKNOWLEDGE GENERAL TRADING LLC (Turnitin)" ilə 20.755 (iyirmi min yeddi yüz əlli beş) AZN,
2 - Kitabxana idarəetmə və informasiya axtarış sisteminin satınalınması üçün "OCLC WorldShare Management Services" ilə 25.110 (iyirmi beş min yüz on) AZN,
3 - Media monitorinq xidməti üçün "Press-Revyu İnformasiya, Monitor Agentliyi" MMC ilə 3.960 (üç min doqquz altmış) AZN,
4 - Daşınmaz əmlakın icarəsi və idarə edilməsi üçün "Bridge Managment" MMC ilə 100.000 (yüz min) AZN,
5 - Kitabxana resurslarının satın alınması üçün "Heldermann Verlag" (Journal of Convex Analysis) ilə 380 (üç yüz səksən) AZN,
6 - Hüquq elmlərinə həsr olunmuş kitab bazası üçün "William S. HEIN & Co., Inc." İlə 5.525 (beş min beş yüz iyirmi beş) AZN,
7 - Jurnal abunəçiliyi üçün "Taylor & Francis Group" ilə 6.959, 41 (altı min doqquz yüz əlli doqquz, qırx bir) AZN,
8 - Kitabxana resurslarının satın alınması üçün "Proquest" LLC ilə 24.907,43 (iyirmi dörd min doqquz yüz yeddi, qırx üç) AZN,
9 - Akkreditasiya xidmətinin satınalınması üçün ACBSP (Accreditation Council for Business School and Programs) ilə 7.950 (yeddi min doqquz yüz əlli) AZN,
10 - Kitabxana resurslarının satın alınması üçün "Columbia University Press" ilə 586 (beş yüz səksən altı) AZN,
11 - Təhsil sərgisinin təşkili üçün "Begin Education Marketing GmbH" ilə 10.458 (on min dörd yüz əlli səkkiz) AZN,
12 - Kitabxana resurslarının satın alınması üçün "Refinitive" ilə 15.660 (on beş min altı yüz altmış) AZN,
13 - Nəqliyyat vasitələrinin servisi və təmiri üçün "Duet Avto” MMC ilə 10.000 (on min) AZN,
14 - Nəqliyyat vasitələrinin servisi və təmiri üçün “KİA MOTORS AZ” MMC ilə 7.000 (yeddi min) AZN,
15 - Nəqliyyat vasitələrinin servisi və təmiri üçün “Improtex Motors” MMM ilə 15.000 (on beş min) AZN,
16 - Xəttatlıq xidmətinin satınalınması üçün F/Ş Əsədov Yavər Şahsuvar oğlu ilə 10.000 (on min) AZN məbləğ qeyd edilib.

Gördüyünüz kimi 20-yə yaxın müqavilənin 3-nün "Nəqliyyat vasitələrinin servisi və təmiri", 4-nün "Kitabxana resurslarının satın alınması" üçün olduğu bildirilir.

Qeyd edək ki, ümumilikdə 264.250,84 (iki yüz altmış dörd min iki yüz əlli, səksən dörd) AZN xərclənəcək olan 16 müqavilənin heç biri barəsində "ətraflı məlumat" bölməsi doldurulmayıb.

P.S: Bildiririk ki, "dogruxeber.tv" olaraq, haqqındakı məlumatların yerini qosqoca nida (!) əvəzləyən müqavilələr barəsində məlumat almaq üçün ADA universitetinin qaynar xətt (012 437 32 35) nömrəsi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər