Azərbaycan və İran Prezidentləri Xudafərində görüşəcək

Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər.

"dogruxeber.tv" xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında bildirib.

"Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.

Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünən Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının (SES) tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub. O, özünün sosial media hesabında yazıb ki, "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının tikinti işləri 96% yekunlaşıb.

Dünən məlumat yayılıb ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

Azərbaycan və İran Prezidentləri Xudafərində görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin iyul ayında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib. Sazişə əsasən Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir.

Araz çayı üzərindəki "Xudafərin” SES-in ümumi gücü 200 MVt, "Qız Qalası” SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVt·st (358 milyon kVt·st Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.

Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri başa çatdırılmışdır. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün digər işlərin görülməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir.

Oxunub: 277

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər