Sevinc Vaqifqızı saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazıdır

"Abzas Media"-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazıdır.

"dogruxeber.tv" bildirir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov qeyd edib ki, jurnalistin sözlərinə görə, saxlanıldığı kamerada vəziyyət acınacaqlıdır: "İstilik demək olar ki, yoxdur. Çünki kameradakı istilik sistemi partlayıb, kamera suyun içərisindədir".

Vəkil bildirib ki, martın 19-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə Sevinc Vaqifqızının barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxıldı. Şikayət təmin olunmadı.

S.Vaqifqızı 2023-cü ilin noyabrın 21-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

Hüquq müdafiəçilər S.Vaqifqızını siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi səbəblərlə heç kim həbs olunmadığını bildirir.//turan.az

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər