gundem / hadise
22.03.2024
Tanınmış şairi motosiklet vurdu - Ciddi xəsarət aldı
Tanınmış şair, tərcüməçi, Prezident təqaüdçüsü Nicat Məmmədovu motosiklet vurub.
"dogruxeber.tv"ın Bakupost.az-a istinadən məlumatına görə, hadisə martın 18-i baş verib.
Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet piyada zolağında onu vurub.
Nticədə N.Məmmədov sol diz nahiyəsindən ciddi xəsarət alıb.
1 saylı Şəhər Klinik Xəstəxanasında şairə ilkin tibbi yardım göstərilib. Hazırda zərərçəkmiş evdə yataq şəraitindədir.
Hüquq-mühafizə orqanları işi öz nəzarətinə götürüb.
Araşdırma aparılır.



