Azərbaycanın mövqeyi açıqlandı: Bakı vahid Çin siyasətini dəstəkləyir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb.

"dogruxeber.tv" xəbər verir ki, o bunu Çinin "Global Times" qəzetinə müsahibəsində deyib.

"Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib”,-Prezident köməkçisi bildirib.

H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha çox Çin şirkəti görmək istədiyini söyləyib:

"İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik”.

H.Hacıyev diqqətə çatıdırıb ki, dayanıqlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərdə rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli məsələdir:

"Yaşıl keçid gündəliyimizdə Çini tərəfdaş kimi görürük. Biz həmçinin çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji üçün istehsal xətləri yaratmağı istəyirik. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsalat bazası yaratmaq istəyərdik”.

Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının "Bir Kəmər və Yol” Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm əhəmiyyət kəsb etdiyini də bildirib:

"Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan, Xəzər və Qara dəniz sahillərində yerləşən Mərkəzi Asiya ölkələri ilə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, "Bir Kəmər və Yol” Təşəbbüsü ilə yaxşı uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər