Apteklər işçi tapa bilmir: Gənclər niyə əczaçı olmaq istəmirlər?

dogruxeber.tv: - Yolu aptekə düşən insanlar çox zaman əczaçılardan şikayətlənirlər. Əsas şikayətlər adətən dərmanları tanımamaq, səhv dərmanlar vermək, həkimin yazdığı resepti düzgün oxumamaq və sairlə bağlıdır. Bəs, görəsən, mövcud problem nədən qaynaqlanır? Bu sahədə ümumi durum necədir? Bu problemlə bağlı Səhiyyə Nazirliyi tərəfindən monitorinqlər aparılırmı?

İxtisasca əczaçı, tibb eksperti İlqar Hüseynli də bu sahədə problemlərin olduğunu təsdiqləyir. Onun sözlərinə görə, hazırda əczaçılıq sahəsi tam olaraq özəl sektorun əlində cəmləşib: "Əczaçılıq obyektləri bu gün iki formada lisenziyalaşdırılır. Ölkə üzrə dərman təchizatını bilavasitə həyata keçirən iki böyük şirkət var ki, onların şəbəkələşmiş formada lisenziyası mövcuddur. Azərbaycandakı əksər apteklər də həmin şəbəkələrin tərkib hissəsi kimi fəaliyyət göstərirlər. Digər lisenziyalaşdırma forması isə sahibkarın birbaşa Səhiyyə Nazirliyinə müraciəti əsasında rəsmiləşdirilir. Əgər əvvəllər apteklərə lisenziya beş illik müddətinə verilirdisə, indi müddətsizdir. Dövlət rüsumu isə 1000 manatdır. Əslində dövlətin apteklərə nəzarəti mövcuddur. Amma problem ondadır ki, ölkədə ixtisaslı kadrların sayı azdır”.

Ekspert qeyd edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var: "Ölkədə apteklərin sayı durmadan artır. Amma apteklərdə xidməti həyata keçirmək üçün yetərincə əczaçı yoxdur. Çünki ixtisaslı kadr çatışmır. Tibbi profilli təhsil müəssisələrində əczaçılıq ixtisası üzrə plan yerlərinin sayı həddindən artıq azdır. Məsələn, mən Tibb Universitetində təhsil aldığım zamanlarda əczaçılıq fakültəsini rus bölməsi ilə birgə hər il 150 nəfər bitirirdi. İndi isə bu say cəmi 40-50 nəfərdir. Onların da əksəriyyəti əcnəbilərdir”.

İ.Hüseynli həmçinin vurğulayıb ki, əczaçıların peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi olaraq seminarların təşkil olunması vacibdir: "Bu gün əczaçılar beş ildən bir sertifikasiyadan keçirlər. Amma bu da formal xarakter daşıyır. Hesab edirəm ki, sertifikasiya prosesindənsə, əczaçılar üçün mütəmadi olaraq seminarlar təşkil olunmalıdır. Ölkəyə yeni idxal olunan dərmanlar, onların xüsusiyyətləri, tərkibləri barədə əczaçılar məlumatlandırılmalıdırlar. Bu onların peşəkarlıq səviyyəsinin artırılması baxımından daha faydalı ola bilər”.

Əczaçılar Klubu İctimai Birliyinin İdarə Heyətinin üzvü Qurbanəli Əliyev isə deyir ki, bu gün aptek sahibi olan sahibkarlar əczaçı çatışmazlığını müxtəlif yollarla aradan qaldırmağa çalışırlar: "Hazırda ölkədə kifayət qədər əczaçı yoxdur. Amma bu məsələ qanunvericilikdə başqa yollarla öz həllini tapır. Belə ki, apteklərdə peşəkar əczaçı ilə yanaşı, əczaçı köməkçiləri də olur. Qanunvericilikdə həmin şəxslərin tibbi təhsilinin olması tələb kimi qoyulmayıb. Bu şəxslər apteklərdə əsasən, gigiyena, kosmetik vasitələr kimi şöbələrdə fəaliyyət göstərirlər. Qanunvericiliyə görə, reseptlə, dərman vasitələri ilə işləyən şöbədə tibbi təhsili olan əczaçı çalışmalıdır”.

Mütəxəssis bildirir ki, hazırda Azərbaycanda mövcud olan 3 250 aptekin təxminən1 625-nə əczaçı tələb olunur: "Bütün apteklərdə ixtisaslı əczaçılar çalışır. Amma elə apteklər var ki, onların şöbələrinin sayı daha çoxdur. Belə apteklərdə ən azı 3-4 ixtisaslı əczaçının çalışmasına ehtiyac var. Bu, xidmət səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq. Əczaçı köməkçisi ilə bağlı isə heç bir problem yoxdur. Ölkədə kifayət qədər əczaçı köməkçisi mövcuddur”.

Q.Əliyev ölkədə peşəkar əczaçı çatışmazlığını gənclərin bu sahəyə marağının az olması ilə əlaqələndirir: "Düzdür, əczaçılıq ixtisası üzrə plan yerlərinin sayı həddindən artıq azdır. Biz bununla bağlı aidiyyəti qurumlara təkliflərimizi də vermişik. Hesab edirik ki, bu ixtisas üzrə kvota bir neçə dəfə artırılmalıdır. Amma bir məqamı da qeyd etməliyəm ki, gənclərimizin bu sahəyə marağı yoxdur. Onlar əczaçı peşəsini perspektivli görmürlər”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən sorğumuza cavab olaraq bildirdilər ki, apteklərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir: "Səhiyyə Nazirliyinin 11.01.2018-ci il tarixli qərarına əsasən, dərman vasitələrinin buraxılışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı dərman vasitələrinin əhaliyə buraxılması, həmçinin aptekdə çalışan şəxslərin əczaçılıq təhsilinə malik olub-olmadıqları mütəmadi olaraq araşdırılır”.

Qurumdan həmçinin vurğulanıb ki, qanunvericiliyin tələblərini pozan şəxslər inzibati qaydada cəzalandırılırlar: "Aptekdə çalışan və dərman vasitələrinin buraxılışını həyata keçirən şəxs və ya şəxslər ali və ya orta əczaçılıq təhsilinə malik olmadığı halda İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 min manatadək məbləğdə cərimə olunur.

Əlavə olaraq onu da qeyd etmək istərdik ki, cari ildən etibarən ölkə ərazisində elektron resept sisteminə keçid başlanıb. Bu sistem də öz növbəsində yarana biləcək mənfi halların qarşısını alacaq.

Bundan başqa, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı Analitik Ekspertiza Mərkəzinə qaynar xətt (012-596-07-12) və pharma.az saytı vasitəsilə elektron formada müraciət edə bilərlər”. ("Kaspi" qəzeti)

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər