Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə həbsdə olan Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə təqsirləndirilən vəkil Sümbülə Əliyevanın növbəti məhkəmə prosesi keçirilib.

"dogruxeber.tv"ın məlumatına görə, dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, Sümbülə Əliyeva dövlət tərəfindən vəkillərə ayrılan qonorarları, həmçinin məcburi dövlət sosial sığorta haqlarını, dövlət vergilərini ödəməkdən yayınmaqla mənimsəmə və vergidən yayınma cinayəti törədib. Belə ki, mənimsəmə faktı üzrə 201 min, vergidən yayınma üzrə isə 71 min manat dövlətə ziyan vurub.

Təqsirləndirilən şəxs verilən ittihamlarla razı olmadığını bildirib və ifadə verib: " Deyə bilərəm ki, əvvəllər mən maliyyə sənədlərinin araşdırılması ilə bağlı stress keçirmişəm. İndi cinayət işinin istintaq materialları ilə tanış olmaq istəyirəm".

Hakim isə Sümbülə xanıma bildirib ki, hələ ev dustaqlığında olduğu müddətdə dəfələrlə ona istintaq materialları ilə tanış olmaq üçün şərait yaradıb.

Sümbülə xanım isə həmin vaxt sənədlərlə tanış olsa da o zaman hormonal dərmanlar qəbul etdiyi üçün istintaq materialları yadında qalmayıb, qeydlərinin isə evdə qaldığını bildirib.

Hakim isə cinayət işində Sumbülə xanımın istintaq materialları ilə tanış olması barədə cinayət işində protokolların olduğunu xatırladıb.

Təqsirləndirilən Sümbülə Əliyeva hakimin fikri ilə razılaşıb: "Mən danmıram, o zaman həmin sənədlərlə tanış olmuşam. Ancaq mən evdən yox, Bakı İstintaq Təcridxanasından gəldiyim üçün o istintaq materialları əlimdə yoxdur. Xəstəliyimdə buna təsir edib, 2 dəfə əməliyyat olunmuşam".

Hakim Mahmud Ağalarov Sümbülə xanımın münasibətini məhkəməyə qarşı süründürməçilik kimi qiymətləndirib və növbəti prosesdən şahidlərin dindirilməsinə başlayacağını qeyd edib.

Mahmud Ağalarov Sümbülə xanıma cinayət işinin materialları ilə tanış olmaq üçün yenidən şərait yaradacağını da söz verib.

Növbəti məhkəmə prosesi may ayının 2-nə kimi təxirə salınıb.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər