gundem / dunya
1.05.2024, 17:00
ABŞ-ın məşhur aviaşirkəti Tel-Əvivə uçuşlarını dayandırdı — SƏBƏB
Amerikanın “United Airlines” aviaşirkəti İsrail reyslərinin fəaliyyətini mayın 9-na qədər dayandırıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə aviaşirkətdən açıqlama verilib.
"Biz bölgədəki vəziyyəti yaxından izləməyə davam edirik. Müştərilərimizin və ekipajın təhlükəsizliyini düşünərək, gələcək uçuşlarla bağlı qərarlar qəbul edəcəyik", - aviaşirkətin açıqlamasında deyilir.
Xatırladaq ki, şirkət aprelin 19-da İranın İsrailə hücumundan sonra təhlükəsizliklə əlaqədar uçuşları mayın 2-dək təxirə salmışdı.



