“AzerGold” QSC-nin yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qədim və orta əsrlər dövrünə aid zəngin milli mədəniyyət abidələri ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutan İçərişəhərə həsr olunmuş yeni qızıl sikkə kolleksiyasını təqdim edib.

"dogruxeber.tv" bildirir ki, kolleksiya yerli qızıldan, ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir. Sikkə çeşidləri üzərində ümumbəşəri dəyər kimi UNESCO-nun
Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhərin tarix və mədəniyyət abidələri dizayn edilib. Qız qalası, Şirvanşahlar sarayı, Şah məscidi, Qoşa qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələrin həkk olunduğu sikkə kolleksiyası paytaxtımızın tarixi simasını simvolizə edir.

999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik yeni qızıl sikkələr “AzerGold” QSC- nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Məlumat üçün qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

Oxunub: 278

Son xəbərlər

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Bütün xəbərlər