Adil Vəliyevin səs-küyə səbəb olan davranışına PSİXOLOQDAN RƏY

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonunun icra başçısı Adil Vəliyevlə keçmiş deputat, iş adamı Hacı Qalib Salahzadə arasında insident yaşanıb.

Belə ki, sabiq deputatın 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb. Hacı Qalib Salahzadənin sözlərinə görə, icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəlib və deyib ki, həmin ərazini sökür: "Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm".

Adil Vəliyev özü də açıqlamasında sabiq deputatı təhdid etdiyini etiraf edib: "Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm".

Adil Vəliyevin bu açıqlaması sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib. 

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən psixoloq Rövşən Nəcəfov bildirib ki, istər vəzifəli, istərsə də vəzifəsi olmayan şəxsin başqasını təhqir və ya təhdid etməsi düzgün deyil:

"Ümumiyyətlə, stress insanın psixoloji halının nizamsızlığıdır. Düşünürəm ki, vətəndaşlarımız stressdən uzaq olmalı və dialoq şəklində problemləri həll etməlidirlər. Çox təəssüf ki, cəmiyyətimizdə insanlar empatiya qura bilmirlər. Problemin həllindən çox problemin daha da böyüdülməsi istiqamətində fikirlər səsləndirirlər. 

Mütəxəssis olaraq müşahidə etmədən icra başçısı Adil Vəliyevin hər hansı psixoloji probleminin olduğunu deyə bilmərəm, amma hesab edirəm ki, insan stressin onun işinə və həyatına ciddi şəkildə mane olduğunu görürsə, belə olan halda psixi sağlamlıq üzrə mütəxəssisə müraciət etməlidir".

Oxunub: 355

Son xəbərlər

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Bütün xəbərlər