Milli kimlik məsələsini dərk etdikcə 28 Mayın mahiyyəti daha yaxşı qavranacaq – Qulu Məhərrəmli

Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən 106 ötür.

Birinci Dünya müharibəsindən məğlub olaraq ayrılan Rusiya İmperiyası parçalanırdı. Bu zaman Zaqafqaziya Demokratik Federativ Respublikasına daxil olan dövlətlər fedarasiyadan bir-bir ayrılırdı. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Milli Şuranın birinci iclasında İstiqlal Bəyannaməsi imzalandı və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi rəsmən elan edildi.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk türk Cümhuriyyət olmaqla yanaşı, qadınlara seçmə və seçilmə hüququnu verən, ölkədə millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edən ilk Cümhuriyyət olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrün çətinliklərinə baxmayaraq bir çox qərar qəbul edib, ordu quruculuğuna başlayıb, Bakı Dövlət Universitetini təsis edib, iqtisadi islahatlar apararaq xalqın güzəranını yaxşılaşdırmağa çalışıb.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycan xalqının milli şüurunun oyanmasında böyük rol oynamış, qəlbində dərin iz buraxmışdır.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda Cümhuriyyət dövrü əvvəlki illərə nisbətən daha yaxşı öyrənilir:

“Lakin düşünürəm ki, Cümhuriyyət qurucularının ayrı-ayrı işlənilməsini qənaətbəxş hesab etmək olmaz. Çünki Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski kimi şəxsiyyətlər hələ də kifayət qədər araşdırılmayıb. Kütləvi İnformasiya Vasitələrinin əsas funksiyalarından biri maarifləndirməkdir. Hesab edirəm ki, Cümhuriyyət dövrü maarifləndirici mövzuda aparıcı mövzularımızdan olmalıdır. Vaxtı ilə Üzeyir Hacıbəyli yazırdı ki, “Biz milli təhlükəsizlik, xalqın rifahı, dövlət intizamı ilə yanaşı istiqlal mövzusunu da təbliğ etməliyik”. Hələki Müstəqillik günü xalq tərəfindən böyük izdihamla qeyd olunmur. Çünki bu bayram xalqın qanına tam hopmayıb. Lakin xalqımızın tarixi bilikləri artdıqca, milli kimlik məsələsini dərk etdikcə 28 Mayın mahiyyətini daha yaxşı qavrayacaq”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər