Ucar, Sumqayıt və Xırdalanda məktəb direktorları işdən çıxarıldı

15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

İdarədən apa-ya verilən xəbərə görə, həmçinin yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Həmidova Aysel Mübariz qızı 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:

"Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.

Bundan əlavə, Sumqayıt və Xırdalanda son bir ayda üç məktəb direktoru işdən çıxarılıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən apa-nın sorğusuna cavab olaraq bildirib ki, İdarənin keçirdiyi genişmiqyaslı monitorinqlər nəticəsində idarənin tabeliyində olan Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tanrıverdiyeva, 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər Quliyeva işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər