“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə fəaliyyəti çərçivəsində növbəti, onuncu tədbir “İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda baş tutub.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdiyi tədbirdə hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

"dogruxeber.tv" bildirir ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan açılış nitqləri ilə çıxış ediblər. Daha sonra baş tutan panel müzakirələri zamanı BMT təmsilçiləri, ekspertlər və yerli vətəndaş cəmiyyəti nümayəndələri qlobal miqyasda müşahidə olunan iqlim dəyişikliyinin demoqrafik proseslərə və əhali dinamikasına təsiri ətrafında fikir mübadiləsi aparıblar. “COP29-un məqsədi ambisiyaları gücləndirmək və fəaliyyət üçün şərait yaratmaqdır. İqlim dəyişikliyinin demoqrafik təsirlərini həll etməklə, biz davamlı inkişafa və dayanıqlılığa təkan verəcək hərtərəfli və inklüziv siyasətə yol açırıq”, deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov davamlı inkişaf kursunun müəyyən edilməsində demoqrafik tendensiyalarla bağlı yanaşmaların strateji planlaşdırmaya inteqrasiyasının zəruriliyini qeyd edib. İqlim dəyişikliyi və əhali meyllərinin necə əlaqələndiyini müəyyən edilməsinin iqlim dəyişikliyinin əhaliyə təsirlərini daha yaxşı idarə etməyə kömək etdiyini vurğulayıb.

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan iqlim dəyişikliyinin demoqrafik proseslərə təsiri barədə danışarkən qeyd edib: “İqlim dəyişikliyi əhalinin doğum, miqrasiya və ölüm göstəricilərinə təsir göstərir. İctimai səhiyyə fenomeni olaraq, iqlim dəyişikliyi təhlükəsiz hamiləlik və doğuşdan tutmuş insanların ümumi rifahına və gələcəyə dair gözləntilərinə təsir edir. İqlim amillərindən qaynaqlanan yoxsulluq və ərzaq təhlükəsizliyinin olmaması miqrasiyanın artmasına, eyni zamanda məişət zorakılığı risklərinin çoxalması, qızların təhsildən kənarlaşdırılması və erkən nikahların artması kimi fəsadlara gətirib çıxarır.”

Qeyd etmək lazımdır ki, “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır.

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər