Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

dogruxeber.tv: - Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. Müraciətdə deyilir ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edilir ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən, təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.

Məhərrəmlik ayı və Aşura mərasimi hər il olduğu kimi, bu ildə bir sıra məqamları gündəmə gətirib. Valideynlər qızlarını qara çarşaba bükərək məclislərə aparır. Azyaşlı oğlanlar isə sinəvurma mərasimlərində iştirak və özlərinə zərər yetirirlər. Demək olar ki, uşaqların belə mərasimlərə cəlb edilməsi çox az rast gəlinir. Artıq Azərbaycanda savadlı və dünyagörüşü yüksək olan şəxslərin sayı çoxalıb. Məhərrəmlik mərasimlərini əxlaqi, dini çərçivəni qoruyaraq keçirmək, ona uyğun matəm saxlamaq lazımdır.

Say azalsa da, bu tam olaraq aradan qalxıb deyə bilmərik. Azyaşlıların belə mərasimlərə cəlb olunması onların psixologiyasında hansı izlər buraxır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Fərqanə Mehmanqızının sözlərinə görə, əfsuslar olsun hələ də belə mərasımlərə uşaqların cəlb olunması halları baş verir:

“Belə dini mərasimlərin uşaqların psixilogiyasında buraxdığı izlər azyaşlının və ailənin psixoloji durumuna görə dəyişir. Həmin dini mərasimləri uşaqlara travmatik hadisə kimi aşılayanda onun beynində faciə kimi qalır. Bu onun gələcək həyatında hansısa bir hadisəyə baxışına öz təsirini göstərəcək. Uşağa Məhərrəmliyi, Aşuranı savadlı şəkildə, tarixi hadisə kimi aşıladıqda bu zaman vəziyyət dəyişir. Uşağa bunları bütün inanclı insanların tarixi hadisəyə bağlanmaları kimi məntiqli şəkildə izah etmək lazımdır. Belə olan təqdirdə azyaşlılar travma almır. İnsanların inanclarını cahilcə yox, savadlı şəkildə davam etdirməsi cəmiyyətə və uşaqlara daha çox xeyri olur”.

Psixoloq zəncir vurmaq, qan çıxarmaq, insanların özlərinə zərər yetirməsi halların nəinki uşaqlarda, böyüklərin psixologiyasına mənfi təsir göstərdiyini vurğulayıb:

“Mən insanların öz inanclarına sadiq qalmağın tərəfdarıyam. Çünki inanclar insanı psixoloji baxımından güclü edir. Amma düzgün, savadlı və cəmiyyətə zərər vurmayacaq inanc olmalıdır. Cahil inanc insanları uçuruma aparır. Ümid edirəm ki, məktəblərimizdə və verilən elm uşaqlara aşılanan cahil inanclardan daha güclü olacaq. Uşaqların bu cür baxışlarının yaranmasının qarşısını alacaqdır. Burada güc məktəbə və elmə düşür. Uşaq vaxtında ayılmalıdır. Ailə belə bir şey varsa, həmin ailədə olan uşaq 5-6 yaşından məktəbə gedir. Məktəbdə uşağa təhsil elə verilməlidir ki, o buna cahil kimi baxacaq. Biz buna nail olsaq uşaqlarımızı cahillikdən xilas etmiş olacağıq”.

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər