Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev istefa verir.

"dogruxeber.tv"ın Pravda.az-dan əldə etdiyi məlumata görə, artıq S.Möhbalıyevin ərizəsinin alındığı bildirilir. İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər.

Sədrin istefası təsdiqlənərsə, qurumun Nizamnaməsinə uyğun olaraq qurultay çağırılacaq və yeni sədr seçiləcək.
2006-cı ildən AHİK-in katibi-maliyyə şöbəsinin müdiri Qalib Qəribovun fəaliyyətinin yoxlanacağı da daxil olan məlumatlar sırasındadır. Onun sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu olduğu bildirilir.

Təşkilatın sözçüsü Rəşad Nəsirov isə Pravda.az-a deyib ki, bu barədə xəbərsizdir və məlumat həqiqətəuyğun deyil.

Qeyd: S.Mehbalıyev hazırda 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin deputatıdır. Onun namizədliyini yenidən irəli sürəcəyi gözlənilir. Həmin seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiman Babayevin, Azərbaycan Demokrat Partiyası isə Sərdar Cəlaloğlunun namizədliyini irəli sürüb. S.Cəlaloğlu 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürmüşdü. Hazırda isə ADP sədrinin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliyini irəli sürməsi həmin dairə üzrə seçkilərin diqqət mərkəzində olacağının göstəricisidir.

Son xəbərlər

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

Bütün xəbərlər