900 minlik mənimsəmədə ittiham olunan iş adamı azadlığa çıxmaq istəyir

Hədə-qorxu ilə tələb etmə və dələduzluqda təqsirləndirilən iş adamı Cavad Şeydayevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

"dogruxeber.tv"ın Pravda.az-dan əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 12-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi C.Şeydayev barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 182-ci maddə (Hədə-qorxu ilə tələb etmə) üzrə bəraət hökmünü ləğv edib.

Məhkəmə C.Şeydayevin Cinayət Məcəlləsinin 178.3.2-ci və 182.3.2-ci maddələri üzrə təqsirli bilinməsinə hökm verib. Onun barəsindəki 7 il həbs cəzası ləğv edilib və yeni hökmlə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ali Məhkəmədə işə baxılarkən onun kassasiya şikayətini geri götürdüyü bildirilib.

Qeyd edək ki, bir neçə il əvvəl 1982-ci il təvəllüdlü C.Şeydayev özünə məxsus olan "Pendik Şifa Bakı İstanbul" Tibb Mərkəzini Əziz Quliyev adlı şəxsə satıb. Əziz pulun bir hissəsini versə də, xeyli miqdarda borcu qalıb. Daha sonra tərəflər Əzizə məxsus olan "İstanbul NS" klinikasına şərikliklə bağlı razılaşıblar. Lakin mübahisəli vəziyyət davam edib.

Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyib ki, özü cinayətin qurbanı olub. O iddia edib ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir.

Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev Quliyevin etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edib ki, əksinə, adıçəkilən şəxsin ona borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.

Son xəbərlər

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Bütün xəbərlər