Nazirlik milyonlarla manat ödəyərək onlarla ofis icarəyə götürür

dogruxeber.tv: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis və anbar sahələrinin icarəyə götürülməsi ilə bağlı 2 tender müsabiqəsi elan edib.

Tender müsabiqələrindən biri İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi, digəri isə Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi ilə bağlıdır.

Tender elanında bildirilir ki, Sosial Xidmətlər Agentliyi İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün 900 kv. metr sahəsi olan ofis axtarır və 12 ay üçün bu ofisə ödəniləcək məbləğ (ehtimal olunan qiymət) 232 min 362 manat olacaq.

Bundan başqa, Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis sahəsi və 200 kv. metr anbar icarəyə götürləcək ki, bunların da 24 aylıq icarə haqqı 1 milyon 619 min 760 manat olacaq.

Məlumat üçün bildirək ki, ötən il Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis və 200 kv. metr anbar sahəsi “Çinar Park” QSC-dən 652 min 832 manat 64 qəpiyə bir il müddətinə, Agentliyin Mərkəzi fililalı üçün isə 900 kv. metr ofis sahəsi İsgəndərova Sevinc Şəfa qızından 216 min manata bir il müddətinə icarəyə götürülüb.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər və hər il icarə üçün milyonlarla vəsait ödəyirlər.//Yeniavaz.com

Son xəbərlər

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

Bütün xəbərlər