"Paşinyan Zəngəzur dəhlizi məsələsində geri addım atdı" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirilən “Sülh qovşağı” konfransındakı çıxışında Zəngəzur dəhlizindən (Sünik) keçən yola nəzarət funksiyasını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etməyib.

"dogruxeber.tv" xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirib

"Kreml dəhlizə nəzarət məsələsində uzun müddətdir Nikol Paşinyana təzyiq edirdi və görünür bu təzyiqin nəticəsi olub. Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla Moskvada son görüşündə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədinə nəzarəti erməni hərbçilərə təhvil veriləcəyinə razılaşdı. Putin bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşıb. Bununla Nikol Paşinyan 9 noyabr 2020-ci ilin üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirmiş olacaq.

Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan-Ermənistan sülh sazişini imzalamasından daha əhəmiyyətlidir. Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, eyni zamanda Ermənistanın Türkiyə ilə sərhədin açılmasına, ticarətinə başlamasına, diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir.

Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Çünki, İrəvan Ermənistan ərazisindəki nəqliyyat yolunun nəzarətini başqa dövlətin ixtiyarına verir. Üstəgəl bu qərar Paşinyanın Qərbdəki tərəfdaşlarının xoşuna gəlməyəcək. Azərbaycan üçün isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi Çindən çıxan və Avropada bitən Orta dəhliz layihəsinə nəzarət deməkdir. Belə çıxacaq ki, Kreml Rusiyaya alternativ olan nəqliyyat xəttinə nəzarət edəcək.

Buna baxmayaraq, önəmli olan Zəngəzur dəhlizinin işə düşməsi və bunun bölgədə sülhə və əməkdaşlığa şərait yaratmasıdır. Buna nail olmaq üçün Bakı və İrəvan Kremlin şərtini qəbul edə bilər. Müvafiq zaman keçdikdən sonra 40 kilometirlik dəhlizdən sərbəst keçidə və daşınmaya şərait yaradılması mövzusuna yenidən qayıtmaq olar. Rusiya İran və Türkiyə sərhəddini tərk etməyə qərar veribsə, bir gün Zəngəzur dəhlizinə nəzarət funksiyasından da imtina edə bilər, sadəcə bunun qarşılığında istəkləri olacaq", - deyə politoloq qeyd edib.

Oxunub: 425

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər