Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı yeni təklif - İrəvanın planı nədir?

dogruxeber.tv: - Nikol Paşinyan Tbilisidə keçirilən "İpək yolu” forumunda çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni yanaşmasını təqdim edib:

- Qarşılıqlı prinsiplər əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsi mümkündür;
- İrəvan sərnişin və yüklərin daşınmasında təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi bölmə yaradacaq: bu bölmə patrul polisi ilə birlikdə fəaliyyət göstərəcək;

Erməni baş nazir bu təklifini "Sülhün kəsişməsi” layihəsi adlandırır və layihənin region ölkələrinə təqdim olunacağını deyir. Əslində bu təklif İrəvan üçün "çıxış yolu”dur, çünki kommunikasiyanın hansı prinsiplə açılması sülh prosesində əsas komponentə çevrilib.

- Qərb cəbhəsi Ermənistanın öz ərazisindən keçən yollara nəzarət edəcəyi "yol” prinsipindən –çıxış edir: bu, Azərbaycanın, eləcə də Türkiyə və Rusiyanın istədiyi "dəhliz” məntiqinə qarşıdır;

- Rusiya cəbhəsi 10 noyabr bəyanatının sonuncu bəndində əks olunan "maneəsiz keçid” – dəhliz prinsipindən çıxış edir: Ermənistan və onu dəstəkləyən Qərb ölkələri bunu qəbul etmir;

Kommunikasiya məsələsində "ortaq nöqtə” tapılmadığı müddətdə sülh sazişini imzalamaq mümkün olmayacaq, əksinə bu, regionda eskalasiya riskini artırır. Rusiya "ortaq nöqtə” tapmaq, həm də Qərb ölkələrinin regiona girişinin qarşısını almaq üçün "sadələşdirilmiş rejim” variantını gündəmə gətirmişdi, hərçənd, ruslar yenə də yola nəzarətdə iştirak payı istəyirdi. İrəvan bunu istəmir. Və "sadələşdirilmiş rejim” və "təhlükəsizlik bölməsi” təklifi ilə Rusiyanın "ortaq nöqtə planına” qarşı həmlə edir: kommunikasiyaların Ermənistan ərazisindən keçən hissəsində patrul xidmətini də ruslara vermək niyyətində deyi;

Ermənistan anlayır ki, Zəngəzur dəhlizindən tamamilə imtina etmək onun üçün ciddi itkilər vəd edir. Ankara və Bakının dəhlizin İran marşrutu ilə aparılmasını gündəmə gətirməsi də İrəvan üçün siqnal oldu. Və mövqeyində müəyyən korrektlər etməklə "ortaq nöqtə” tapmağa çalışır.//qaynarinfo.az

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər