Həkimlərə 30 xəstə limiti? — ŞOK İDDİA

dogruxeber.tv: - Son vaxtlar xəstəxanalara müraciət edən xəstələrin bir qismi həkimlərin qəbuluna düşə bilmir. Bunun səbəbi müxtəlif amillərlə bağlıdır.

Sosial şəbəkələrdə belə məlumatlar yayılıb ki, bir sıra xəstəxanalarda pasientin müraciəti zamanı həkim gün ərzində 30 nəfərlik limitinin dolduğunu və əlavə xəstəni qəbul edə bilməyəcəyini bildirir.

Bu da bir faktdır ki, xəstə bəzən həkimin qəbuluna düşməklə bağlı qəbz almaq üçün uzun müddət növbədə gözləməli olur. Nəticədə isə həkim limitinin dolduğunu bildirdikdə pasient yenidən gəlməli olur.

Bu gün onlayn növbə sistemi bu problemin həllində hansı rolu oynayır və hazırda neçə xəstəxanada fəaliyyət göstərir?

Ümumiyyətlə, həkim qəbulu ilə bağlı limit tətbiq olunurmu?

Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumiyyətlə, ambulator şəraitdə pasient qəbulunda həkimlər üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmamaqdadır:

“Əmək müqaviləsi şərtlərinə uyğun olaraq həkimin gündəlik iş saatı ərzində (6 saat, ixtisasından asılı olaraq fərqli ola bilər) müraciət edən hər bir pasiyent qəbul olunaraq, müayinə olunmalıdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq ixtisaslı həkim müayinəsi xidmətinə görə limit həkimin müayinə etdiyi xəstə sayına görə aylıq həvəsləndirici əlavəyə (bonus) görə tətbiq edilir və gündəlik 35 (otuz beş) nəfər olmaqla müəyyən edib".

Qeyd edilib ki, əlavə olaraq həkimlərə ixitisasından və vəzifəsindən asılı olaraq vəzifə tarif maaşı, həmçinin sabit aylıq həvəsləndirici əlavələr ödənilməkdədir:

“Bu, o deməkdir ki, pasient sayından aslı olmayaraq, gündəlik iş saatının sonuna qədər növbə gözləyən pasientlərin qəbul edilməsi həkimin vəzifə borcudur. Onu da nəzərə çatdıraq ki, təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə, şəhid ailə üzvləri və müharibə iştirakçılarına TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar tibbi xidmətlər göstərilməkdədir”.//demokrat.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər