Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...

dogruxeber.tv: - Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib. Yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq? Dönərçilər bu durumdan razıdırmı?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, dönərlərlə bağlı yeni qaydalar zəruridir, lakin kafi deyil.

"Burada yenə istehlakçının aldadılması halları olacaq. Qida Təhlükəsi Agentliyi (AQTA) yeni qaydalarla ona nail olmaq istəyir ki, dönərin ətləri qurumun nəzarət altında olan yerlərdən götürülsün. Bu, yaxşıdır. Amma bunun praktik cəhətdən mümkün olub-olmayacağına baxmaq lazımdır. Məncə, tam mümkün olmayacaq”, - deyə o qeyd edib.

AİB sədri xatırladıb ki, əvvəllər də dönər istehsalçıları əti guya müəyyənləşdirilmiş yerlərdən götürürdülər, bir kağız alıb, divardan asırdılar: “Amma sonra öz bildikləri ətdən istifadə edirdilər. Bu proses yenə də davam belə davam edəcək. Əvvəlkindən daha mükəmməl mexanizm tapmaq lazımdır ki, dönərçilər kənar ətlərdən istifadə edə bilməsinlər. Əlbəttə, dönərçilər qiyməti qaldıracaqlar. Guya ki, dönər ətini elə oradan alıblar. İstehlakçılar qismən keyfiyyətdə udsalar da, qiymətdə uduzacaqlar. Çox təəssüf ki, bu, saxta spirtli içkilərə qarşı mübarizə üçün qiymətin minimum həddini müəyyən etməyə bənzəyir. O da bunun kimi istehlakçılara zərər verəcək”.

Onun sözlərinə görə, ölkədə dönər ətlərini mükəmməl qaydada hazırlayan iki müəssisə var ki, əti -40 dərəcədə şok dondurmadan keçirir, qaydalara uyğun qablaşdırıb, dönərxanalara çatdırır: “Dönərçilərin çox az hissəsi əti bu iki müəssisədən alır. Elə bir iş aparılmalıdır ki, dönərçilər yalnız müəyyən olunmuş müəssisədən hazır şəkildə dönər alsınr, özləri şişə dönər çəkməsinlər. Diri ətin dönərxanaya gətirilməsi qadağan olunsun. Onda vəziyyəti dəyişmək olar.

Xeyli müddət ölkədə murdar olmuş heyvan ətlərinin Bakıya daşınması müşahidə olunurdu. Bu işlərlə məşğul olanları bir neçəsi ifşa edildi. Belə tədbirləri davamlı şəkildə həyata keçirmək lazımdır”.

Ekspert dönərlərin qiymətindən də danışıb: "Hətta ən ucuz dönərlərin də qiymətini qaldıracaqlar ki, şübhə olmasın. Ciddi məsələlərdən biri də dönərxanalardan mayonezlərin yığışdırılması məsələsidir. Ümumiyyətlə, ətdən zəhərlənmə nadir hallarda olur. Ət zəhərlənmə vəziyyətinə gələndə pis qoxu verir ki, istehlakçı da bunu hiss edə bilər. İnsanları zəhərləyən mayonezlərdir. Bu gündən sabaha qalan dönərlər artıq təhlükəlidir. Bu kimi hallar gərək nəzarətə götürülsün və ictimai nəzarət də öz yerində olsun".

Oxunub: 334

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər