Mənşəyi naməlum ətlərdən hazırlanan dönərlə bağlı ekspertlərdən növbəti XƏBƏRDARLIQ…

















Bir müddətdir ki, ekspertlər paytaxt Bakıda satılan keyfiyyətsiz dönərlərlə bağlı həyəcan təbili çalır. Ucuz toyuq və mal ətindən hazırlanan bu dönər ətləri heç bir sanitar-gigiyenik normalara uyğun hazırlanmır. Amma bütün bunlara baxmayaraq dəfələrlə mediada və telekanallarda ictimailəşdirilsə də ölkəni epidemiya kimi bürümüş dönər evləri müvafiq qurumlar tərəfindən nədənsə qapadılmır.
Moderator.az-ın əməkdaşı paytaxt Bakıdakı bir neçə dönər evlərində olub. Qarşılaşdığı mənzərə isə heç də ürək açan olmayıb:

Əvvəlcə şəhərin “Elmlər akademiyası” metro stansiyasının çıxışında Bakı Dövlər Universitetinin yaxınlığında yerləşən dönər evlərinə baş çəkdik. Ayrı-ayrı balaca dönər evlərində 1 manata təklif olunan toyuq dönərləri ilə maraqlandıq. Məlum oldu ki, özünə dönərçi deyən bu adamların heç dönərin necə hazırlanmasından xəbərləri belə yoxdur. Həmişə olduğu kimi ucuz toyuq ətindən hazırlanan keyfiyyətsiz dönər əti heç şok dondurmadan belə keçirilmir. Sabah satılacaq dönər ətini axşamdan hazırlayıb saxlayırlar və səhəri gün dönər aparatına taxıb satışa çıxarırlar. Burda üç yerdə rastımıza 1 manatlıq dönər evləri çıxdı. Nümunə üçün bir dönər alıb fotosunu çəkdik. Çörəyin arasında xiyar, mayonez və bir də bişməmiş toyuq ətinə rast gəldik. Bu dönərxanaların əsas müştərisi isə gələcəyimiz olan tələbələrdir…

Üz tutduq metronun “20 yanvar” metro stansiyasının çıxışına. Burda da eyni mənzərə ilə rastlaşdıq. Açıq havada satılan dönərlərin bir addımlığından avtomobil və avtobuslar şütüyür. Bir tərəfdə mənşəyi bilinməyən toyuq ətindan dönər, bir tərəfdə də axşama kimi eyni yağda bişirilən peraşkilər. Müşahidələrimiz nəticəsində məlum oldu ki, belə yerlərin müştərisi də az deyil. Xüsusilə yaxınlıqda olan taksi sürücüləri bura daha çox üz tutur.
Belə ucuz təklif olunan keyfiyyətsiz dönərlərə metronun Qara Qarayev, Neftçilər, Əhmədli kimi metro stansiyalarının yaxınlığında da rast gəlmək olur.

Məsləylə bağlı ekspertlərin də rəyin öyrənməyə çalışdıq. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a bildirdi ki, Bakıda 1500 dönərxananın yalnız 100-ə qədəri təhlükəsiz dönər hazırlayır:
“Biz dəfələrlə demişik ki, dönər ətləri minus 40 dərəcə şok dondurmadan keçirilməlidir ki, ətdə olan xəstəliklər məhv edilsin. Şok dondurmadan keçirilməyən ətləri şişə taxıb satanda ətdəki qan qızardılmış ətə qarışır və bunu da bu şəkildə insanlara satırlar. Azərbaycan da standartlara uyğun dönər ətləri hazırlayan iki şirkət var: “Azprotein” və “Səhliyalı”. Biz keyfiyyətsiz dönər ətləri ilə bağlı monitorinq aparsaq da, müvafiq dövlət qurumları dolayısı yolla bizə mane oldular. Qida Təhlüksəziliyi Agentliyi xüsusilə bu işlə məşğul olmalıdır”.
Tibb elmləri doktoru Adil Qeybulla isə Moderator.az – a bildirdi ki, dönər ətlərinin bişirilməsi zamanı yağların həddindən artıq yanması insan səhhəti üçün təhlükəlidir:
“Dönərin daim od altında qalması müxtəlif konserogen maddələrin yaranmasına səbəb olur. Bu isə insanda xərçəng şişi və bağırsaq xəstəlikləri yaradır. Bu gün dönərlər standartlara uyğun hazırlanmır. İnsanlarımız bu məsələdə diqqətli olmalıdırlar”.

Son xəbərlər

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

Meyson Qrinvud "Fənərbağça"da

“Azəridad” toyuq kolbasası istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

Bütün xəbərlər