Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi — VİDEO

Noyabrın 11-də axşam Amsterdamda onlarla insan küçələrdə iğtişaşlar törədib, polisləri və avtobusları daşa basıb, həmçinin bir tramvay yandırılıb.

"dogruxeber.tv"ın Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə yerli polis idarəsindən xəbər verilib.

Bununla bağlı yayımlanan görüntülərdə iğtişaş iştirakçılarının antisemit şüarlar səsləndirdiyi, bəzilərinin üzlərinin maskalı olduğu görünür.

Kadrlarda iğtişaş iştirakçılarının polis əməkdaşlarının kömək etdiyi velosipedçiyə hücum anı da əks olunub.

İğtişaşlar zamanı bir nəfər xəsarət alıb, ona tibbi yardım göstərilib. Polis üç nəfəri həbs edib.

Qarşıdurmalarla bağlı araşdırmalar başlanılıb, yeni həbslərin istisna edilmədiyi vurğulanır.

Xatırladaq ki, noyabrın 8-də Amsterdamda yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" klubları arasında futbol matçından sonra iğtişaşlar baş verib.

Fələstin tərəfdarları hesab edilən şəxslərin hücumu nəticəsində ən azı 10 israilli azarkeş xəsarət alıb. Şəhər hakimiyyəti 8-10 noyabr tarixlərində Amsterdamın bütün ərazisində patrul xidmətinin gücləndirilməsini və nümayişlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutan fövqəladə qərar qəbul edib, onun qüvvədə olma müddəti noyabrın 14-dək uzadılıb.

Son xəbərlər

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Bütün xəbərlər