Mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

Gələn il Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin tətbiqi planlaşdırılır.

"dogruxeber.tv" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hazırda qüvvədə olan məcəllədə Azərbaycanda qeydiyyatdan keçən film istehsalını və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Təklif olunan dəyişikliklərə əsasən, güzəştin həcminin 75 %-dən 90 %-ə, müddətinin 3 ildən 5 ilə, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması, həmin subyektlərin siyahısına isə teatr, muzey, simfonik orkestr və film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə olunması nəzərdə tutulur.

Bundan əlavə, film istehsalı və dublyajını həyata keçirən fiziki şəxslərin və film prodüserinin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərin 90 %-nin 5 il müddətinə gəlir vergisindən də azad edilməsi təklif olunur. Həmçinin, həmin şəxslərin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azadolma nəzərdə tutulur.

Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirlərinin də 5 il müddətinə 14 % dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilməsi təklif olunur.

Bundan əlavə, təklif edilən dəyişikliklərdə, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə fiziki şəxs olan istehlakçılar tərəfindən nağdsız qaydada ödənilən ƏDV-nin 50 %-nin həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bütövlükdə, mədəniyyət sektoruna vergi güzəştlərinin verilməsi nəticəsində bu sahənin inkişafı, əlavə investisiyaların cəlbi və bu sahədə fəaliyyətin şəffaflaşması hədəflənir.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər