Bakıda tutulan Fransa casusu HAKİM QARŞISINDA

Ötən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryan barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"dogruxeber.tv"ın məlumatına görə, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

İş üzrə hakim Vüqar Quliyevdir.

Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.

İttihama görə, "Merkorama" MMC-nin baş direktoru Martin Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.

Martın Ryanla yanaşı Azərbaycan vətəndaşı Azad Məmmədli də mühakimə olunacaq.

Bir müddət əvvəl "Observer Online" nəşri yazıb ki. Azad Məmmədli Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.

​Həmçinin məlum olur ki, hər 2 şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli Bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.

Oxunub: 315

Son xəbərlər

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Bütün xəbərlər