Hindistan ucuz Rusiya neftinə alternativ tapdı - Tədarük azaldı

Hindistanın neft emalı zavodları, Rusiya neftinin tədarükündəki azalmanı kompensasiya etmək üçün Yaxın Şərqdən daha bahalı alternativlərə müraciət edib.

"dogruxeber.tv" "Bloomberg"ə istinadən xəbər verir ki, "Bharat Petroleum Corp." şirkətinin maliyyə direktoru Vetsa Ramakrişna Quptanın sözlərinə görə, tədarükdəki boşluğu doldurmaq üçün İraq, BƏƏ və digər ölkələrdən alternativ neft alınmasına dair tenderlər elan edilib. Bu addım, son həftələrdə Hindistana Rusiya neftinin tədarükünün azalması səbəbindən atılıb.

Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Hindistan üçün əsas neft ixracatçısına çevrilmişdi. Lakin Qərbin Moskvanın "kölgə donanması"na qarşı sanksiyaları və Rusiya neft emalı zavodlarının daxili bazara yönəlməsi nəticəsində tədarük həcmləri azalıb.

Yaxın Şərqdən gətirilən neftin bir bareli, Rusiya Urals markasından 2 dollar baha başa gəlsə də, ümumilikdə bazarda neft qıtlığı yoxdur. BPCL şirkəti hazırda mövcud illik müqavilələr çərçivəsində tədarüklərin həcmini artırmağı planlaşdırmır. Yeni müqavilələr üzrə danışıqlar gələn ay başlayacaq.

"Kpler" analitik şirkətinin məlumatına əsasən, bu ay Hindistana Rusiya neftinin idxalı gündəlik 1,47 milyon barelə düşüb ki, bu da 2023-cü ilin dekabrından bəri ən aşağı göstəricidir.

G7 ölkələri 2022-ci ilin sonunda Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün 60 dollar həddini müəyyən edib. Həmçinin, Qərb şirkətləri bu qiymətdən baha satılan Rusiya neftini sığortalamaq və ya daşınmasını təmin etmək hüququndan məhrum edilib. ABŞ və Aİ isə Rusiya neftinin birbaşa idxalına embarqo tətbiq edib.

Rusiya bu sanksiyaları yan keçmək üçün "kölgə donanması" adlı tanker şəbəkəsi yaradıb, lakin G7 ölkələri bu donanmaya qarşı əlavə sanksiyalar tətbiq edir. Hazırda Qərb, Rusiya neftindən gələn gəlirləri daha da azaltmaq üçün yeni tədbirləri, o cümlədən maksimal ixrac qiymətinin 40 dollara endirilməsini müzakirə edir.

Son xəbərlər

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

Bütün xəbərlər