Cəmi 4 ay əvvəl yaradılan İntizam Komissiyası yenidən formalaşdırılacaq - SƏBƏB

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclasdan sonra deputatlar tətilə çıxıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Payız sessiyası parlament seçkilərindən təxminən 1 ay sonra, sentyabrın 30-da başlayıb. Bu sessiya çərçivəsində 18 plenar iclas, 130 komitə iclası, 1 dinləmə keçirilib, 84 qanun və 32 qərar qəbul olunub.

Parlamentin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası formalaşdırılıb. Bu komissiya deputat tərəfindən Milli Məclisin nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır.

Qeyd edək ki, komissiyanın səlahiyyət müddəti 1 il olsa da, sonuncu yaradılan komissiya daha az müddət fəaliyyət göstərəcək. Belə ki, qanunvericiliyə görə, hər il yaz sessiyasının birinci iclasında İntizam Komissiyası yenidən yaradılır. Yəni, VII çağırışın ilk İntizam Komissiyasının ömrü cəmi 4 ay olacaq.

Komissiya üzvləri deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

Maraqlıdır ki, payız sessiyası boyunca İntizam Komissiyasının neçə iclası keçirilib?

"DoogruXeber.az" bununla bağlı İntizam Komissiyasının sədri ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, sentyabrın 20-dən bu günə qədər heç bir deputat barəsində Komissiyaya müraciət olunmayıb:

“Sentyabrın 20-dən bu yana işləyirik. İndiyə qədər İntizam Komissiyasına deputatlarla bağlı heç bir şikayət daxil olmayıb. Daxili nizam qaydaları pozulduqda bunun üçün nəsə etmək olur. Lakin heç bir pozuntu halı qeydə alınmayıb”.

O qeyd edib ki, sessiya boyunca komissiyanın sadəcə iki iclası keçirilib, onlardan birində komissiya formalaşdırılıb, digərində ümumi məsələlər müzakirə edilib.

Son xəbərlər

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

Bütün xəbərlər