Müəllimlərin də maaşı artırılacaq?

dogruxeber.tv: - Müəllimlərin maaşı ilə bağlı suallar yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə digər sahələrdə çalışanlardan fərqli olaraq müəllimlərin niyə diqqətdən kənarda qalmasının səbəbləri soruşulur. Belə sorğular getdikcə kütləviləşir. Görünən odur ki, müəllimlər də 2025-ci ildə maaşların artırılmasını istəyirlər.

Bəs bu il müəllimlərin maaşlarının artırılması gözlənilirmi, bu məsələ necə tənzimlənə bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, maaşların artırılması sadə məsələ deyil:

"Bu mövzudan danışarkən onu nəzərə almalıyıq ki, maaşların artırılması sadə məsələ deyil. Azərbaycan davamlı olaraq bu istiqamətdə addımlar atır. Məsələ əhalininin rifahının yaxşılaşdırılmasından gedir. Prezidentin dünənki sərəncamı ibir sıra strukturlarda maaşlar artırıldı. Məsələyə geniş rakursdan baxsaq, nəzərə almalıyıq ki, bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, hərbi sahədə yeni silahlar, texnika alınır. Bütün bunların fonunda Azərbaycan dövləti digər addımlar da atır. Biz minimum əməkhaqqının, minimum pensiyanın, minimum yaşayış həddinin artdığını gördük. Maaşlar da artırılır".

Deputat vurğulayıb ki, müəllimlərin də maaşının artırılması gündəmdədir:

"Müəllimlərin sertifikasiyası bu məsələyə mərhələli şəkildə baxılması üçün düşünülüb. Dövlətimiz təhsil işçilərinə, müəllimlərə diqqətlə yanaşır. Mərhələli şəkildə bütün sahədə çalışan insanların maaşlarına baxılacaq. Parlamentdə də büdcə müzakirələri zamanı bu məsələyə toxunulmuşdu. Biz əvvəlki illərə baxanda müəllimlərin maaşında xeyli dəyişiklikləri görə bilirik. Hətta məktəb direktorlarına və onların müavinlərinə əlavə vəsaitlərin verilməsi məsələsinə baxılıb. Elm və Təhsil Nazirliyinin də təklifləri müzakirə olunur. Müəllimlərin maaşı məsələsinə də mərhələli şəkildə baxılacaq. Burada söhbət yüz minlərlə müəllimdən gedir. Bu məsələ sadə deyil, ciddi şəkildə araşdırılıb, təhlil olunmalı və müvafiq qərar verilməli, müəyyən addımlar atılmalıdır. Müəllimlərimiz bu məsələnin dövlətin diqqət mərkəzində olduğunu bilməlidirlər. Müdafiə qabiliyyətimiz artırılır, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Bunların hamısını dövlət mərhələli şəkildə həyata keçirilir. Önümüzdəki günlərdə müəllimlərlə bağlı müəyyən addımların atılacağını görəcəyik".

Xatırladaq ki, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan - bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir. Həmin sxemi aşağıda təqdim edirik:

Müəllimlərin də maaşı artırılacaq?

Müəllimlərin də maaşı artırılacaq?

Oxunub: 329

Son xəbərlər

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Bütün xəbərlər