"Fulcom"MMC ekologiyanı korlayır, auditdən və vergidən yayınır, fəhlələrin pulunu vermir - VİDEO

dogruxeber.tv: - Bu günlərdə bir sıra mətbuat orqanlarında "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllimin tikintisini başa çatdırılması üçün öhdəlik götürdüyü "MEDİCAL ZONE" adlı binada işlətdiyi usta və fəhlələrin pulunu verməməsi ilə bağlı video-çəkilişlər diqqət çəkdi. Adıçəkilən şəxs fəhlələrin “pulunu mənimsəyən” adam kimi yadda qalıb. Belə ki, "MEDİCAL ZONE"nin binasının işlərini həyata keçirən Zeynalov Vüqar və Şərifov Afərin adlı ustalar media vasitəsilə bəyan ediblər ki, işlədikləri binanın fasad işlərini tamamlayıb "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllimə təhvil versələr də, bu günədək 22 800 manat pullarını ala bilmirlər.



Vüqar Zeynalovun sözlərinə görə, öncə tikintisinə başlayacaqları binanın fasad işinin 1 kvadrat metrinin qiymətini 100 manatdan razılaşsalar da, sonradan podratçı "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllim işin ortasında razılaşdığı 100 manatın 25 faizini azaldaraq 75 manata endirib. Ustalar məcburiyyət qarşısında qalaraq, heç bir söz demədən işlərini davam etdiriblər. Ustalar onu da bildiriblər ki, ilk işə başladıqları günlərdə istifadə olunacaq materialların bir hissəsinin və fəhlələrə ödəniləcək pulun müəyyən miqdarı ödənilsə də, işin yekununda 22 800 manatı ödənilməyib. Ustalar görəcəkləri işin ilkin danışıqlarında podratçı şirkət olan "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllimə fiziki şəxs olaraq, VÖEN və bank hesablarını təqdim edib müqavilə bağlamaq istəyiblər. Lakin podratçı qarşı tərəfin belə bir qanunauyğun təklifini qəbul etməyərək şirin dilinə salıb onları işçi kimi əmək müqaviləsi bağlamağa razı salıb. Burada məqsəd o olub ki, görüləcək işin müqabilində müqavilə bağlayacağı fiziki şəxsin hesabına köçürməli olacağı məbləğin vergisini dövlətdən gizlətsin. Bu niyyətlə də altı nəfər olan usta və fəhlələri razı salıb işçi kimi əmək müqaviləsi bağlamağa müvəffəq olub. Amma fəhlələr Hüseyn müəllimə etibar etsələr də o, etibardan sui-istifadə etməklə 22 800 manatı mənimsəyib. Yayılan məlumatdan aydın olur ki, həmin məbləğin ödənilməməsi üçün usta və fəhlələrlə bağlanmış əmək müqaviləsinə Hüseyn müəllimin rəhbəri olduğu "Fulcom" MMC-nin mühasibatlığı tərəfindən xitam verilib.

Qeyd edək ki, "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllim "MEDİCAL ZONE" adlı klinikanın binasını "İdrak" Liseyinin təsisçisi və rəhbəri Mönsüm Alışovun oğlu və eyni zamanda liseyin iqtisadi məsələlər üzrə direktoru İdris Alışovun sifarişi əsasında tikdirib. Qısa bir araşdırmamızdan məlum oldu ki, adıçəkilən binanın tikilməsinə lazım olan pul vəsaitini İdris Alışov podratçı şirkətin rəhbəri Hüseyn müəllimə artıqlamasıyla ödəyib. Belə bir yüksək məbləğin ödənilməsinə baxmayaraq, "Fulcom" MMC həm külli miqdarda vergidən yayınıb, həm də usta, fəhlə və tikintiyə istifadə olunan materiallara ödənilməli olan 22 800 manatın "arxasına keçib".

İnternet üzərindən apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, "Fullcom" MMC rəhbərliyi əvvəllər də əmək və vergi qanunvericiliyinin tələblərini pozmağa, şəffaflığı, hesabatlılığı təmin etməməyə meylli olub. O üzdən keçən ilin yayında MMC barəsində müvafiq qurum tərəfindən protokol yazılaraq İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Daha əvvəllər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Fulcom” MMC barəsində İnzibati Xətalar Məcəlləsini 266.1-ci maddəsi ilə (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) protokol tərtib edib.
Qeyd edək ki, "Fulcom" MMC-nin tikintisini apardığı "MEDİCAL ZONE"nin binası Bakı şəhəri, Nərman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşir.
Şirin Cəfəri
GundemXeber.Az

Oxunub: 705

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər