“Kimsə nazirin dostu, yaxud sinif yoldaşıdırsa, ona yüksək vəzifəmi verilməlidir?”

dogruxeber.tv: -"Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu. İki faktı yazmışdım: E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib".

Mia.az-ın məlumatlına görə, bu sözləri sabiq deputat, tanınmış ekspert Etibar Əliyev sosial media səhifəsində yazıb.

Sabiq deputat deyir ki, bu, hələ harasıdır:

"Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?

Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə dirktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.

Riyaziyyatçı - alim, mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq üçün ora qrant layihələrində ortağı olan Almaz adlı bir qadını təyin etdirdi. Və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…".

Sabiq deputatın bu iddialarına Elm və Təhsil Nazirliyinin mövqeyni əlavə etməyə hazırıq .

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər