gundem / dunya
18.02.2025, 10:00
Zelenski Türkiyədə səfərdədir
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə "Anadolu” məlumat yayıb.
"Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib”, – agentliyin məlumatında qeyd olunub.
Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.



