Toksinlər istehsal edən pomidorlar niyə insanları zəhərləmir? - Cavab

Bundan bir neçə əsr əvvəl insanlar pomidorları zəhərli hesab edirdilər və onları yeməkdən çəkinirdilər. Günümüzdə isə bu bitkilər hələ də toksik maddələr istehsal etsə də, insanlar üçün təhlükəli deyillər.

"dogruxeber.tv" xəbər verir ki, bu fenomenin səbəbini Çin alimləri araşdırıblar. Bu barədə onların Science Advances elmi jurnalında dərc olunan tədqiqatında deyilir.

XVI-XVIII əsrlərdə avropalılar pomidorları "zəhərli alma" adlandırırdılar. Lakin əslində onları öldürən pomidorlar deyil, pomidorun tərkibindəki turşuların qurğuşunu sovurduğu qalay boşqablardı.

Buna baxmayaraq, pomidorlar və digər quşüzümü fəsiləsinə aid bitkilər həyat dövrü ərzində hələ də toksik steroid maddələr – qlükoalkaloidlər istehsal edirlər. Bəs nə üçün belladonna kimi bu fəsilənin digər nümayəndələri zəhərli olduğu halda, pomidorlar təhlükəsizdir?

Steroid qlükoalkaloidlər quşüzümü bitkilərinin zərərvericilərdən qorunması üçün yaranıb. Onlar ağızda acı dad yaradır və yüksək dozada qəbulu yanma hissi, ürəkbulanma, qıcolmalar, ürək döyüntüsünün və nəfəsalmada yavaşlama, mədə zədələnməsi və daxili qanaxmalar kimi simptomlara səbəb ola bilər.
Bu bitkilər toxumla çoxalır və bu prosesdə heyvanlar mühüm rol oynayır. Onlar meyvələri yeyir, qida maddələrini həzm edir və toxumları təbii yolla yayırlar.
Buna görə də, quşüzümü bitkiləri, o cümlədən pomidorlar, yetişmənin müəyyən mərhələsində toksik steroid qlükoalkaloidlərin səviyyəsini tənzimləməlidirlər.
Yeni araşdırmada alimlər bu prosesi idarə edən molekulyar sistemləri aşkarlayıblar. Məlum olub ki, pomidorların qırmızı rəng almasını, yumşalmasını və şirinləşməsini təmin edən eyni kimyəvi maddələr toksik qlükoalkaloidləri daha az zərərli bir birləşmə – eskuleozid A-ya çevirir.

DML2 adlı protein metil qruplarını çıxararaq toksinlərin təsirini zəiflədən genlərə çıxış imkanı verir. Bu proses pomidorları yeyilə bilən hala gətirmək üçün vacibdir.
Alimlər DML2-ni blokladıqda, pomidorlar yetişmə dövrü boyunca yüksək steroid qlükoalkaloid səviyyəsini qoruyub saxladılar.

Araşdırma həmçinin göstərib ki, son əsrlər ərzində bu demetilləşmə prosesi sürətlənib. İnsanlar pomidorları becərməyi və əhliləşdirməyi öyrəndikcə, onların toksin səviyyəsi azalıb.

Üstəlik, pomidorlar daha iri, daha qırmızı və daha şirin olduqca, qlükoalkaloid səviyyəsi daha da aşağı düşür.

Bu o deməkdir ki, yaşıl (tam yetişməmiş) pomidorları da təhlükəsiz şəkildə yemək olar.

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər