Samirə  Mehtiyevanın biganəliyi: Bilgəhda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə bu nöqsanlar aşkarlandı

Bilgəhdə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində problemlər aşkarlanıb.

dogruxeber.tv: - Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri və aparatın müvafiq əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə öncədən xəbərdarlıq edilmədən keçirilmiş monitorinq zamanı əvvəlki monitorinqlər və başçəkmələrdə aşkar olunmuş nöqsanların bir çoxunun həll edildiyi müşahidə edilsə də, bəzi problemlərin, xüsusən də ahıllara xidmət göstərən personalın çatışmaması, ştat cədvəli üzrə vakant yerlərin mövcud olması kimi halların hələ də qaldığı məlum olub.

Bu problem müəssisə rəhbərliyinin diqqətinə çatdırılmış, nəticədə bir neçə vakant yerə işçi cəlb olunmuş, ahıllara həm gündüz, həm də gecə saatlarında qulluqla bağlı məsələ öz həllini tapıb. Bununla belə, müəssisənin ştat cədvəlinə uyğun olaraq, sosial xidmətin təşkili şöbəsində bəzi vəzifələrin, o cümlədən bir psixoloq və iki həkim-terapevt vəzifələrinin vakant olaraq qaldığı müəyyən edilib ki, bu da öz növbəsində ahılların sosial-psixoloji reabilitasiyasına və tibbi xidmətlərin lazımi qaydada həyata keçirilməsinə neqativ təsir göstərir.

Qeyd olunan müəssisədə yaşayan bir neçə sakinin şəxsiyyətini təsdiq edən sənədinin müxtəlif səbəblərdən olmaması onların bir sıra hüquqlarının həyata keçirilməsinə, o cümlədən əlilliyinin qiymətləndirilməsinə imkan verməyib.

Müəssisədə yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların bəzilərinin texniki normalara uyğun gəlmədiyi, rütubətli, habelə döşəklərin bir neçəsinin nimdaş olduğu, avadanlığın və istilik sisteminin yenilənməsinə ehtiyacın yarandığı müəyyən edilib.

Müəssisənin ikinci korpusunun yaşayış üçün tam yararsız olmasına baxmayaraq, orada kifayət sayda ahıl şəxsin yerləşdirildiyini nəzərə alaraq, həmin korpusda əsaslı təmir-bərpa işlərinin aparılması zəruridir.

Sakinlərlə təkbətək görüşlər zamanı müəssisənin əsasnaməsinə zidd olaraq, ərazidə müvəqqəti yerləşdirilmiş ailələrin üzvləri tərəfindən ictimai asayişin pozulması barəsində şikayətlər də qeydə alınıb.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudovdur.

Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsin rəhbəri isə Samirə Mehtiyevadır.//xalq.az

Son xəbərlər

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Bütün xəbərlər