Ağ Ev rəsmən Ukraynaya yardımı DAYANDIRDI

Ağ Ev Ukraynaya bütün hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra verilib.

"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Tramp Zelenskinin Amerikanın köməyinə görə təşəkkür etməməsindən narazılığını bildirib.

Ağ Ev sözçüsü deyib ki, Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə töhfə verməsi üçün Ukraynaya hərbi yardımını dayandırır və ona yenidən baxır.

Tramp həmçinin müdafiə naziri Pit Heqsetə Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardım daşımalarını dayandırmağı əmr edib.

"Bu, “Ukrayna liderləri sülhə səmimi sadiqlik nümayiş etdirənə qədər” davam edəcək", - "Reuters" yazıb.

Qərar bir sıra yüksək rütbəli Amerika rəsmiləri ilə Ukraynaya hərbi yardımın nəzərdən keçirilməsi məsələsinin müzakirə olunduğu görüş fonunda qəbul edilib.

Məlumata görə, görüşdə dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, vitse-prezident J.D.Vens, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər