“AzerGold”da qeyri-filiz yataqları ilə bağlı növbəti seminar - Foto

“AzerGold” QSC-də ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə növbəti seminar keçirilib.

"dogruxeber.tv" “Qafqazinfo”a stinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış araşdırma, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən hazırlanmış ilkin təkliflər toplusu təqdim edilib.

“AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkəti tərəfindən hazırlanan təqdimatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət, mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında idarəetmənin təkmiləşdirilməsi və bazar iştirakçılarının qarşılaşdıqları problemlərin həlli ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.

Bildirilib ki, təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılması, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar, beynəlxalq tələblər əsasında təşkil edilməsi, bazar iştirakçılarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsinə xidmət edir. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsində tənzimləyici qurumların və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış şirkətlərin qarşıdakı 1 həftə ərzində təkliflərlə bağlı rəylərinin yazılı formada təqdim etməsi razılaşdırılıb.

Xatırladaq ki, “Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, “AzerGold” QSC qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməldir.

Eyni zamanda Cəmiyyət beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycanın Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

“AzerGold”da qeyri-filiz yataqları ilə bağlı növbəti seminar - Foto

“AzerGold”da qeyri-filiz yataqları ilə bağlı növbəti seminar - Foto

“AzerGold”da qeyri-filiz yataqları ilə bağlı növbəti seminar - Foto

Son xəbərlər

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Bütün xəbərlər