Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

"Visual Capitalist" tərəfindən aparılan araşdırmada 2015-2024-cü illər arasında milyarderlərin miqrasiya hərəkətləri analiz edilib və ən çox milyarder qəbul edən və itirən ölkələrin siyahısı hazırlanıb.

"dogruxeber.tv" xəbər verir ki, son 10 ildə milyarderlərin ən çox axın etdiyi ölkə ilə bağlı gözlənilməz bir nəticə ortaya qoyub.

Çin milyarderlər üçün əsas cazibə mərkəzi oldu

Hesabata əsasən, Çin son 10 ildə xalis göstəriciyə görə ən çox milyarder qazanan ölkə olub. 2024-cü ilin məlumatlarına görə, Çində 501 milyarder var.

Son 10 ildə 73 milyarder Çinə köç edib, 48 milyarder isə ölkədən ayrılıb. Bu isə xalis 25 milyarder artımı deməkdir. Çindəki milyarderlərin ümumi sərvəti 2015-ci ildən bəri ikiqat artaraq 1,8 trilyon dollara çatıb.

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Avropa və Şimali Amerika milyarder axınını qoruyur

Qərbi Avropa xalis göstəriciyə görə 20 milyarder qazanıb. Bölgədəki ümumi milyarder sərvəti 2,7 trilyon dollara çatıb, bu da 2023-cü illə müqayisədə 16% artım deməkdir.

Almaniya (117 milyarder), İsveçrə (85) və Böyük Britaniya (82) bölgənin ən varlı ölkələri sırasındadır.

Şimali Amerikaya gəlincə, son 10 ildə 55 milyarder bölgəyə köç edib, 42-si isə ayrılıb. 2024-cü ilin məlumatlarına görə, ABŞ-da 835 milyarder var və onların ümumi sərvəti 5,8 trilyon dollara çatıb. Bu, əvvəlki dövrlə müqayisədə 27,6% artım deməkdir.

Kaliforniya və Nyu-York ABŞ-ın ən varlı milyarderlərinin 40%-nə ev sahibliyi edir.

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Yaxın Şərq və Afrika milyarder sərvətini artırır

2024-cü ildə Yaxın Şərq və Afrikada milyarder sərvəti 21,5% artıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2023-2024-cü illər arasında milyarder sərvətini 39,5% artıraraq, İsraildən (32 milyarder) sonra bölgədə 18 milyarder ilə ikinci yerdə qərarlaşıb.

Şərqi Avropa: Ən böyük milyarder itkisi

Şərqi Avropa son 10 ildə xalis 29 milyarder itirib. Bunun əsas səbəbləri kimi Rusiya-Ukrayna müharibəsi və pandemiya göstərilir.

Çin, İsveçrə və ABŞ ən çox seçilən miqrasiya istiqamətləri olsa da, Şərqi Avropa milyarderlər üçün ən çox tərk edilən bölgə olub.

Bu araşdırma göstərir ki, milyarderlərin miqrasiyası əsasən iqtisadi sabitlik, vergi siyasəti və biznes mühiti ilə əlaqəlidir. Çin isə bütün iqtisadi çətinliklərə baxmayaraq, son 10 ildə dünyanın ən çox milyarder qazanan ölkəsinə çevrilib.

Oxunub: 390

Son xəbərlər

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

Bütün xəbərlər