Antarktida buz olmadan necə görünərdi? - Yeni xəritə təqdim edildi

Bir zamanlar yaşıl təbiəti və canlılarla zəngin ekosistemi ilə seçilən Antarktika bu gün qalın buz qatları ilə örtülmüş, donmuş bir səhra kimi görünür. Lakin kilometrlərlə dərinlikdə gizlənmiş qədim qitənin sirli mənzərələri hələ də mövcuddur.

"DogruXebr.az" xəbər verir ki, Britaniya Antarktika Araşdırma Mərkəzi (British Antarctic Survey) illərdir xüsusi avadanlıqlarla qitə üzərində ölçmələr apararaq buzun altında gizlənən coğrafi quruluşları aşkara çıxarmağa çalışır. Bu tədqiqatlar nəticəsində indiyə qədər yaradılmış ən detallı Antarktika xəritəsi hazırlanıb.

Yeni xəritə sayəsində buzun altında qalan dağ silsilələri qədim çay yataqları, dərin vadilər və geniş düzənliklər üzə çıxıb. Layihəyə rəhbərlik edən buzlaqşünas (glasyoloq) Hamiş Pritçard bu məlumatların Antarktikanın gələcəyi üçün son dərəcə vacib olduğunu bildirir.

Buzların hərəkətini başa düşmək

Pritçardın sözlərinə görə, bu xəritə buz qatının gələcəkdə necə hərəkət edəcəyini müəyyənləşdirmək üçün istifadə edilən kompüter modellərinin əsasını təşkil edir:

"Bunu belə düşünün: bir tortun üzərinə şərbət tökdükdə, tortun girinti-çıxıntıları şərbətin hansı istiqamətdə və hansı sürətlə axacağını müəyyənləşdirir. Antarktikada da eyni prinsip keçərlidir – bəzi dağ silsilələri buzun axınını ləngidə bilər, dərin çökəkliklər və düzənliklər isə əksinə, buzun daha sürətlə hərəkət etməsinə səbəb ola bilər".

Buzun altında nə var?

Antarktikadakı buzların ümumi həcmi təxminən 27 milyon kub kilometr təşkil edir. Əgər bu buz təbəqəsi bir anda yox olsaydı, qitənin necə göründüyü sualı hər zaman maraq doğurub. Keçmişdə bu suallara cavab tapmaq çətin idi, lakin müasir texnologiyalar – təyyarələr və peyklər – görünməyənləri ölçməyə imkan verir.

Britaniya Antarktika Araşdırma Mərkəzinin alimləri son 60 ildə tədricən məlumat toplayaraq buz altının xəritəsini tərtib ediblər. Bu araşdırmaların son nəticəsi Bedmap3 adlı yeni xəritədir. Xəritə təyyarələr, peyklər, elmi gəmilər və hətta it qoşquları ilə aparılan ekspedisiyalar zamanı toplanan 82 milyon məlumat nöqtəsi əsasında hazırlanıb.

Antarktida buz olmadan necə görünərdi? - Yeni xəritə təqdim edildi

Bu xəritə, eyni zamanda, əvvəlki tədqiqatlarda naməlum qalan əraziləri də dəqiqləşdirib. Məsələn, əvvəllər buzun ən qalın olduğu nöqtə kimi Adeli Torpağındakı Astrolab Hövzəsi göstərilirdi. Lakin Bedmap3 xəritəsi bu rekordu başqa bir yerə aid edib: 76.052 dərəcə cənub enliyi və 118.378 dərəcə şərq uzunluğunda, hələ adlandırılmamış bir kanyonda buzun qalınlığı 4 757 metr olaraq ölçülüb.

Antarktikanın gələcəyi üçün nəyi öyrəndik?

Xəritənin tərtibində iştirak edən kartoqraf Piter Fretuell bildirir ki, əldə edilən məlumatlar buz təbəqəsinin gələcəyi üçün çox vacibdir:

"Artıq dəqiq bilirik ki, Antarktikadakı buz təbəqəsi əvvəllər düşündüyümüzdən daha qalındır və onun böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşən qaya təbəqəsi üzərində dayanır. Bu isə o deməkdir ki, qitənin kənarlarına çatan isti okean suları, buzun əriməsi üçün düşündüyümüzdən daha böyük təhlükə yaradır".

Nəticə olaraq, Bedmap3 xəritəsi göstərir ki, Antarktika iqlim dəyişikliyinə qarşı gözlənildiyindən daha həssasdır. Bununla belə, buz altındakı coğrafi quruluşları bu qədər dəqiq təsvir edən ən güclü vasitə artıq elm adamlarının əlindədir.

Son xəbərlər

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

Bütün xəbərlər