Səhralardakı sirli mikro oyuqlar: Naməlum bir həyat forması ola bilərmi?

Alimlər Afrikanın geniş səhralarında milyon il əvvələ aid sirli mikro oyuqların izini sürür. Cənubi Afrika və Ərəbistan yarımadasının çöllərindəki qayalarda tapılan bu qeyri-adi kiçik strukturlar elm dünyasında böyük marağa səbəb olub. Araşdırmalara görə, bu formalar geoloji proseslər nəticəsində deyil, bilinməyən bir həyat formasının fəaliyyəti nəticəsində yaranmış ola bilər.

"dogruxeber.tv" xəbər verir ki, bu mikro oyuqlar təxminən yarım millimetr enində və 3 santimetrə qədər uzunluqda olan incə tünellərdir. İlk baxışda sadə görünən bu dəliklər, əslində mürəkkəb və məqsədyönlü bir quruluşa malikdir.

Sirrin başlanğıcı: ilk mikro oyuq tapıntıları

Mikro oyuqlar ilk dəfə təxminən 15 il əvvəl Yohannes Qutenberq Universitetindən professor Cees Passçer tərəfindən Namibiyada aparılan tədqiqat zamanı aşkar edilib. Daha sonra Səudiyyə Ərəbistanın mərmər yataqlarında və Omandakı əhəngdaşlarında da eyni tipli strukturlar tapılıb. Bu isə onların fərqli coğrafiyalarda yayılmış universal bir fenomen ola biləcəyini göstərir.

Bioloji izlər və naməlum mikroorqanizmlər

Aparılan detallı analizlər göstərir ki, bu mikro tünellərin içərisində və ətrafında bioloji izlər mövcuddur. Elm adamları bu oyuqların milyonlarla il əvvəl qayaları oyaraq içərisində yaşamaq üçün yer yaradan mikroorqanizmlar tərəfindən formalaşdırıldığını düşünür.

Namibiyadakı mikro strukturların araşdırılması zamanı kalsium karbonat toz halında çöküntülər şəklində tapılıb. Alimlər bu mikroorqanizmlərin əsas qidalanma mənbəyinin kalsium karbonat olduğunu və bu səbəbdən qayalara nüfuz etdiklərini təxmin edirlər.

Səhralardakı sirli mikro oyuqlar: Naməlum bir həyat forması ola bilərmi?

Ən böyük sirr: bu canlılar hansı orqanizmlər idi?

Hazırda ən böyük tapmaca bu tünelləri yaradan orqanizmlərin hansı növə aid olmasıdır. Onların bakteriyalar, göbələklər, likenlər (yosun-mantar birləşmələri) və ya tamamilə fərqli bir həyat forması olduğu bilinmir.

Tədqiqatçılar nümunələrin yaşının çox qədim olması səbəbindən nə DNT, nə də protein izlərinə rast gələ bilməyiblər. Bu isə araşdırmalarda ciddi bir maneə yaradır.

Bu mikroorqanizmlər hələ də sağdırmı?

Elm adamlarını düşündürən əsas suallardan biri bu canlıların tamamilə yox olub-olmadığı, yoxsa çətin əlçatan bir mühitdə hələ də yaşayıb-yaşamadığıdır.

Bu suala cavab tapmaq üçün səhraların dərinliklərində daha çox araşdırma aparmaq lazımdır. Əgər bu mikroorqanizmlər hələ də mövcuddursa, onlar ekstremal şəraitdə yaşamağa uyğunlaşmış nadir canlılar arasında yer ala bilər.

Mars və digər planetlərdə həyat üçün ipucları

Bu tapıntılar təkcə Yer üzündə həyatın tarixi haqqında məlumat vermir, eyni zamanda başqa planetlərdə həyat axtarışı üçün də yeni perspektivlər açır.

Mikro oyuqların necə və niyə yarandığını başa düşmək Mars kimi planetlərdə bənzər strukturların izini sürmək üçün vacib ola bilər. Əgər bu tip strukturlar başqa səma cisimlərində də mövcud olarsa, bu, kainatda həyatın düşündüyümüzdən daha geniş yayılmış ola biləcəyi ehtimalını gücləndirə bilər. Beləliklə, çöllərdəki sirli mikro oyuqlar təkcə keçmişə deyil, gələcəyə də işıq tuta bilər.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər