Keyfiyyətə nəzarət sahəsində yeni qaydalar müəyyənləşir

Ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

"dogruxeber.tv" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinin yoxlanılmasının nəticəsinə əsasən ölçmə vasitələri istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ləğv olunacaq və yararsızlıq haqqında bildiriş veriləcək və ya texniki sənədlərdə müvafiq qeydlər aparılacaq.

Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdim olunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, habelə yararsızlıq haqqında bildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi yuxarıdakı informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə və yararsızlıq haqqında bildiriş hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdim olunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, yoxlama nişanının və yararsızlıq haqqında bildirişin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Ölçmə vasitələrinin kalibrlənməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçiriləcək.

Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi yuxarıdakı informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Kalibrlənmə haqqında sertifikat hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) və kalibrlənmə nişanının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Bundan əlavə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin və kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla), ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin, inspeksiya orqanının rəyinin, malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, yararsızlıq haqqında bildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi, texniki reqlamentlərlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin, orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların elektron formada yaradılması, qeydiyyatı, reyestri, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, habelə ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təmin olunacaq.

“İnformasiya əldə etmək haqqında” Qanunla müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla yuxarıdakı informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və həmin məlumatlardan “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” qanunların tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunur.

Yuxarıdakı informasiya sistemi vasitəsilə həmin maddədə göstərilən sənədlərin yaradılması üçün istifadə haqqı ödəniləcək. Yuxarıdakı informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Həmçinin “Standartlaşdırma haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, texniki tənzimləmənin şamil olunduğu standartlaşdırma obyekti ilk növbədə texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.

Texniki reqlamentlərin tələblərinə cavab verən malın, onunla əlaqəli prosesin, istehsal metodunun və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və işçi heyətin standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçiriləcək.

Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin ediləcək və bu barədə uyğunluq sertifikatı veriləcək.

Uyğunluq sertifikatının yaradılması, qeydiyyata alınması, qüvvəsinin dayandırılması, bərpası, ləğv edilməsi və yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Uyğunluq sertifikatı hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Uyğunluq sertifikatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Bununla yanaşı “Texniki tənzimləmə haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, texniki reqlamentlərin tələblərinə uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin, uyğunluğu təsdiq edən sənədin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Uyğunluq sertifikatı və uyğunluğu təsdiq edən sənəd hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, qanun layihələrinin məqsədi keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılması; bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılmasıdır.

Yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin, bildirişlərin və s.) elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını və bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, maraqlı tərəflərə (dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Oxunub: 312

Son xəbərlər

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Bütün xəbərlər