"Bazarstore" istifadə müddəti bitmiş, qurdlu şokoladları yeni məhsulların içinə qatır... - FOTOFAKT

dogruxeber.tv: - Son illər xırda mağazaların rəqabətə davam gətirməyərək sıradan çıxması supermarketlərə “qol-qanad” verib. Belə desək, istehlakçıların geniş seçim imkanı olmadığından, hər kəs evinin, iş yerinin yaxınlığındakı iri marketlərdən alış-veriş etməyə məcburdur. Bu cür marketlərin sayı çox olmasa da, demək olar ki, iş prinsipləri eynidir. Yəni biri digərinin təkrarıdır. Eynilə, xidmət səviyyələri də oxşardır. Belə ki, hər bir supermarket seçim imkanı tanınmayan alıcıya öz istədiyi məhsulu satmaq, daha doğrusu, sırımaq istiqamətində baş sındırır. Bu zaman istehlakçı hüquqları qətiyyən nəzərə alınmır. Hətta, bir çox hallarda satışda zay, istifadəyə yararsız məhsullar da olur ki, bu da insanların sağlamlığını təhlükəyə atır. Bu gün "Bazarstore" marketlər şəbəkəsinin filialında qarşılaşdığımız mənzərə də dediklərimizin bariz nümunəsiz ola bilər.

"Bazarstore" istifadə müddəti bitmiş, qurdlu şokoladları yeni məhsulların içinə qatır... - FOTOFAKT

Qeyd edək ki, son vaxtlar vətəndaşlar "Bazarstore" supermarketlərində satılan məhsulların keyfiyyətindən narazılıq edirlə. İstər sosial şəbəkələrdə, istər də mətbuatda "Bazarstore" filiallarında istifadə müddəti bitmiş məhsulların satışa çxıarıldığı haqda dəfələrlə şikayətlərlə qarşılaşmışıq. Müştərilər əsasən də istifadə müddəti bitmiş konfetlər, şokoladlar və şirniyyatların yenilərinin arasına qatılmasından şikayətçidirlər...

Əlbəttə, yalnız adını çəkdimiz marketdə yox, bir çox iri market şəbəkələrində keyfiyyətsiz, qurdlu, vaxtı keçmiş məhsulların satışa çıxarıldığı haqda şikayətlər var. Yəni köhnə, yararsız, ovulan və qurdlu konfet-şokoladların “od qiymətinə” satılması halları getdikcə artır. Demək olar ki, hər gün müxtəlif marketlərdən müştəri şikayətləri eşidilir, yararsız məhsulların şəkilləri paylaşılır. Amma şəbəkə sahibləri bunlardan heç narahat da olmurlar. Elə bir market yoxdur ki, orada yararsız, keyfiyyətsiz məhsul olmasın. Bu məhsullar “endirim” adı altında istehlakçıya sırınır. Üstəlik, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasında fərq də ayır bir problemdir...

"Bazarstore" istifadə müddəti bitmiş, qurdlu şokoladları yeni məhsulların içinə qatır... - FOTOFAKT

"Bazarstore" istifadə müddəti bitmiş, qurdlu şokoladları yeni məhsulların içinə qatır... - FOTOFAKT

Məlumat üçün bildirək ki, bu gün - 03.04.2025-ci il, saat 10:17 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 193 ünvanında yerləşən “Bazarstore” mağazasından alış-veriş edən əməkdaşımız da növbəti qanunsuzluqla rastlaşıb. Belə ki, iş yerinə qayıtdıqdan sonra mağazadan aldığı şokoladın - "РотФронт" şirkətinin istehsalı olan “конфеты славянслий простор” şokoladlarının qurdlu olduğu məlum olub. Maraqlıdır ki, əməkdaşımız marketdə olduğu zaman işçilər arasında olan söhbəti eşidib. Onlardan biri digərinə deyirmiş ki, “istifadə müddəti bitmiş məhsulları yenilərin içinə qatmağa məcbur edirlər, müştərilər də gəlib tez-tez şikayət edir...”. Əslində, mağazadan alınan “конфеты славянслий простор” şokoladlarının hamısının deyil, təxminən yarım kiloqramın içərisindən 4-5 ədədinin qurdlu olması da təsdiq edir ki, yeni məhsulların içərisinə istifadə müddəti bitmiş şokoladlar qarışdırılıb...
Onu da qeyd edək ki, hazırda həmin qurdlu şokoladlar redaksiyamızda saxlanılır, iş gününün sonunda aparıb “Bazarstore”a “təhvil verəcəyik”. Şübhəsiz, qarşıdakı günlərdə bu mağazadan şikayət edən alıcıların da mövqeyini dərc etməyə çalışacağıq.

Yeri gəlmişkən, əksər vətəndaşlarımız bu kimi hallarda aldıqları keyfiyyətsiz qida məhsullarını aparıb mağazaya qaytarmır. Görünür, bu da market rəhbərlərini öz qanunsuz əməllərini daha da artırmağa həvəsləndirir. Odur ki, hər bizimiz keyfiyyətsiz məhsullarla qarşılaşdığı zaman Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xətti ilə əlaqə saxlayaraq, məlumat verməliyik. Əgər marketdə bircə konfet qurdlu olsa belə, qanunvericiliyə görə, həmin marketi ən az 1500 manat cərimə gözləyir. Hər bir vətəndaş bunu etsə və şikayətinin icra olunub-olunmaması ilə maraqlansa, əminik ki, sağlamlığımızı təhlükəyə atan keyfiyyətsiz qidaları almaqda canımızı qurtara bilərik. Şəbəkə rəhbərləri qazanc əldə etmək istədikləri kimi, biz istehlakçılar da bu cür işbazların öz pulumuzla həyatımıza təhlükəyə atmasına imkan verməməliyik. // Hurriyyet.az

P.S. Sonda bir daha qeyd edək ki, Azərbaycanda qida təhlükəsizliyi məsələləri ilə bağlı qanunvericilik olsa da, bu cür halların qarşısını almaq üçün daha ciddi nəzarət və təftişlərin həyata keçirilməsi vacibdir. İstehlakçılar aldıqları məhsulun qüsurlu olması və ya zərərli olması hallarında müvafiq orqanlara müraciət etməli, məhsulun geri qaytarılması və ya müvafiq tədbirlərin görülməsi üçün hüquqlarını tələb etməlidirlər.

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər