Bir ömür oruc tutmaq fürsəti – Şəvval orucu

Mübarək Ramazan ayını yola saldıq. Daha bir Ramazan ayını orucla, təravihlə, Qədr gecəsi ilə doya-doya yaşadıq. Bu ayın mənəvi ab-havasını həyatımızın bütün məqamlarında hiss etdik. Ancaq bu mənəvi ab-havanı davam etdirmək üçün qarşımızda daha bir fürsət var.

Ramazan ayından sonra Şəvval ayı gəlir. Hazırda hicri təqvimə görə Şəvval ayındayıq.

Şəvval ayında altı gün oruc tutmaq sünnədir. Peyğəmbərimiz (s.ə.s.) bir hədisində bu haqda belə buyurur:

“Kim Ramazan ayını oruc tutar və ona Şəvval ayından altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar”.

Buna görə də, hər il Ramazan ayını oruc tutub, sonra Şəvvaldan 6 gün oruca davam etmək, bütün ili oruclu keçirmək kimi sayılır. Bu isə sanki bütün ömrünü oruc tutmaq deməkdir.

İslam alimləri isə bunu belə izah edirlər: Əgər bir şəxs Ramazan boyu oruc tutsa və hər oruc üçün on savab alsa, bu, cəmi üç yüz olar. Şəvval ayında tutduğu altı orucdan da altmış savab alsa, bu, cəmi üç yüz altmış olar. Beləliklə, o, bütün ili oruc tutmuş kimi savab qazanar.

Əslində, belə mənəvi məsələlərdə əsas şərt o işi səmimiyyətlə yerinə yetirməkdir. Bəzən elə oruclar olur ki, o səmimyyət sayəsində oruc tutan şəxs 360 gün deyil, 360 il nafilə orucun savabını qazana bilər. İnsan səmimiyyətlə nə istəsə, Rəbbimiz onu verə bilər. Əlbəttə ki, bu, ilk növbədə bir niyyət məsələsidir.

Şəvval ayında tutulan orucu ardıcıl və ya ayrı-ayrı günlərdə tutmaq olar. Ancaq bayram günlərindən sonra ardıcıl tutmaq daha fəzilətlidir.

Şəvval orucu, yoxsa qəza orucu?!

Bir oruc üçün iki niyyət olmaz. Çünki şəvval orucu nafilə, Ramazan orucunun qəzası isə fərz orucdur. Ən yaxşısı, əvvəlcə Ramazan orucunu qəza etməkdir. Əgər çatdıra bilsəniz, Şəvval orucunu da tuta bilərsiniz. Çünki Ramazan ayından qəzası olanlar ayı tamamlamamış sayılırlar. Yalnız Ramazan ayının hamısını, Şəvval ayının da 6 gününü oruc tutanlar o savabı əldə etmiş olurlar.

Oxunub: 375

Son xəbərlər

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Bütün xəbərlər